Xəbərlər

Rafiq Hüseynovun səhhəti pisləşdi: "Ayaqlarım tutulub..."

6-04-2017, 14:44
Rafiq Hüseynovun səhhəti pisləşdi: "Ayaqlarım tutulub..."
Xeberman.com yeniçağ.az-a istinadən xəbər verir ki, məşhur diktor bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:

“Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb, havam çatmır, boğuluram”.

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:

“Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, “yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]