Əsas Səhifə / Xəbərlər

“Bitməyən savaş” adlı tədbir-sərgi keçirilib – FOTO

6-04-2017, 14:29

Oxu.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında tarixə “dörd günlük müharibə” kimi düşən savaş baş verib.

O qeyd edib ki, aprel döyüşləri Azərbaycanda qələbənin başlanğıcı olub: “Ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib. Eyni zamanda, Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin ediblər. Bu, çox böyük uğurdur. Aprel döyüşləri Azərbaycan xalqında qələbəyə inam yaratdı və düşmənin gücü haqqında əfsanəni puç etdi”.

F. Şəmsi qeyd edib ki, muzeydə təşkil olunan sərgidə aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundov, Fəxrəddin Qurbanlının, Samid İmanovun, Müşfiq Orucovun, Orxan Müstəcəbovun, Vüqar Yusifovun, Murad Mirzəyevin, Raqif Orucovun və Pəncəli Teymurovun şəxsi əşyaları nümayiş etdirilir.

Tədbirdə şəhidlərin ailə üzvləri də çıxış edib, övladları barədə xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.



Administratorla əlaqə

077 611-55-22

[email protected]