Ölkə

Xəbərdarlıq: Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

27-03-2017, 20:41

Bakı Şəhər Halqasından Xeberman.com -a verilən məlumata görə, bu gündən etibarən trekin keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir. Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün saat 22:00-dan 06:00-dək baryerlərin quraşdırılması işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində bu ərazidə avtomobillərini park etməmək xahiş olunur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]