Gündəm

Lənkəranskidən yeni xəbər var – Foto

23-03-2017, 18:29
Lənkəranskidən yeni xəbər var – Foto
Axar.az-ın əməkdaşının verdiyi məlumata görə, Lənkərandakı “Kiçik bazar” məzarlığında dəfn olunmuş mərhumun başdaşı hələ qoyulmayıb.
Müxbirimiz bildirir ki, qanuni oğrunun böyük bir abidəsi sifariş olunub və onun ölçülərinə uyğun divar hörülüb.

Novruz bayramı axşamı mərhumun yaxınlarının onun qəbrini ziyarət etdiyini deyən əməkdaşımız bildirib ki, Lənkəranskinin məzarının ətrafı gül çələngləri ilə əhatələnib.

Burada onun müxtəlif bölgələrdən olan dostlarının göndərdiyi çələnglərin üstündə başsağlığı mesajlarını görmək olar.

Əməkdaşımız öyrənib ki, Lənkəranskinin ailəsi Bakıya köçüb və paytaxda yaşayır. Onun uşaqları Bakıda məktəbə gedir. Hazırda ata evində heç kim yaşamır.

Xatırladaq ki, R.Lənkəranski İstanbulda oteldən çıxıb avtomobilinə mindikdən sonra gülləbaran edilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]