Ölkə

Güclü dolu yağır – Bakı-Astara yolunda hərəkət iflic oldu, qəzalar var /VIDEO

22-03-2017, 19:54
Bu dəqiqələrdə Qaradağ rayon ərazisinə güclü dolu yağır.

BakiPost xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən avtomobillərə, evlərə ziyan vurub. Bundan başqa Bakı-Astara yolunun Ələt qəsəbəsindən Salyana qədər hissəsində avtomobillərin hərəkətini iflic edib.
Bir neçə avtomobilin qəza etdiyi, yoldan çıxdığı bildirilir.

Sürücülərdən birinin BakiPost.az-a göndərdiyi videonu təqdim edirik:

Administratorla əlaqə

077 611-55-22

[email protected]