Xəbərlər

Son iki ayda bədbəxt hadisədən ölüb

1-03-2017, 15:26
Son iki ayda bədbəxt hadisədən ölüb
Nazirlikdən Xeberman.com -a verilən məlumata görə, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarunda baş verdiyi müəyyən edilib.

Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib. Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.

Son illərdə Xidmətin fəaliyyətinin mühüm bir istiqaməti də iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının tətbiqi ilə bağlı işəgötürənlər arasında təbliğat-maarifləndirmə tədbirlərinin təşkilinə, onların müvafiq mövzuda məlumatlılıq səviyyələrinin artırılmasına yönəlib.

Ötən ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti işəgötürənlərin istifadəsinə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə, istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə şərait yaradıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]