Xəbərlər / Hava haqqında

Sabahın hava proqnozu

25-02-2017, 00:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 2-6, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.

ETSN xəbərdarlıq edir ki, fevralın 26-sı gündüzdən 27-si səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, fevralın 26-dan 27-dək Abşeron yarımadasında meteoroloji amillərin qısa müddətdə təzadlı tərəddüdü və gündüz güclü xəzri küləyi meteohəssas insanlar üçün çox əlverişsizdir.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, küləkli hava şəraiti fevralın 27-si səhərədək davam edəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]