Xəbərlər / Şou-biznes

Hollivud aktoru Eşton Katçer müsəlmanların tərəfini tutdu - video

31-01-2017, 01:07

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, kinoaktyorlar Gildiyası mükafatlarının təqdimetmə mərasimində Trampın 7 müsəlman dövlətlərinin vətəndaşlarına ölkəyə girişi qadağan etdiyi sərəncam haqqında sərt çıxış edib.

38 yaşlı aktyor qaçqınları dəstəklədiyini vurğulayıb:

“Siz də bizim cəmiyyətin bir hissəsisiniz, biz sizi sevirik və aktyorlar Gildiyasının mükafatı mərasimində sizi salamlamağa şadıq”.

Aktyorun bu sözləri salonda gurultulu alqışlarla qarşılanıb. Daha sonra isə Eşton ABŞ rəhbərinin siyasətindən narazı olduğunu bildirib.

Xatırladaq ki, bir neçə həftə əvvəl Meril Strip də "Qızıl qlobus" mükafatlarının təqdimolunma mərasimində D.Trampı tənqid etmişdi.

Qeyd edək ki, ABŞ prezidentinin verdiyi yeni sərənxama əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməzlər.

Administratorla əlaqə

077 611-55-22

[email protected]