Xəbərlər

Qəbirstanlıqdan tapılan cadu ilə bağlı yeni xəbər – VİDEO

29-01-2017, 16:54

Oxu.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, bükülünün içindən iki şəkil çıxıb. Biri toy, digəri isə uzun müddət əvvəl çəkilmiş ailə şəkli. Bu şəkilləri kimin, nə məqsədlə qəbrin içinə atdığı məlum deyil. Videonu çəkən şəxs iddia edir ki, bu cadudur. Çünki adətən caduları məhz qəbristanlıqda basdırırlar.

Din xadimləri caduya maraq göstərən və ya inanan insanlara bir daha məsləhət görür ki, belə xurafatlara inanmaqla cadugərlərin biznesini genişləndirməsinlər.

Digər tərəfdən bu hadisə qəbristanlıqların mühafizəsi məsələsini gündəmə gətirir. Kimsə istənilən qəbri qaza, orda nə isə basdıra bilirsə, bəs qəbristanlıqların əməkdaşları hara baxır?

Video görüntülərin çəkildiyi Yasamal qəbristanlığında nə bir işçiyə, nə də mühafizəçiyə rast gəlmədik.

Belə çıxır ki, insanlar ölülərinin qəbirlərini ancaq özləri daim nəzarətdə saxlamalıdır. Çünki qəbirstanlıq əməkdaşlarına arxayın olmaq olmaz.

Administratorla əlaqə

077 611-55-22

[email protected]