Mədəniyyət

"Maşınımı satdım, 100 min xərclədim" - Oksana

26-12-2015, 16:27
"Maşınımı satdım, 100 min xərclədim" - OksanaRəqqasə Oksana Rəsulova sahibi olduğu "Oksimed” prodakşında lentə alınan "Şər qarışanda” filminə xərclədiyi məbləği açıqlayıb. 

Xeberman.com-un məlumat verir ki, sənətçi "Star life” verilişinə açıqlamasında bunun üçün avtomobilini də satdığını deyib:

"Bu filmə görə maşınımı satdım. Bahalı maşın idi. Əvəzinə başqasını aldım, qalan pulu da filmə xərclədim. Bura qədər nə qazanmışdımsa, müəyyən hissəsini də ekran işinə qoydum. Çox çətin idi. Bu filmə çox inandığım üçün dişimlə, dırnağımla qazandığımı ona yatırdım. Yüz mindən çox pul xərclədim”.

Qeyd edək ki, martın 3-də təqdim olunacaq filmdə Oksananın özü ilə yanaşı müğənni İlhamə Qasımova, aparıcılar Şəhriyar Əbilov və Kəmalə Piriyeva çəkilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]