Əsas Səhifə / İdman

MAŞALLAH ƏHMƏDOVDAN SONRA İSGƏNDƏR CAVADOVUNDA HƏBSİ GÖZLƏNİLİR

26-12-2015, 14:22
MAŞALLAH ƏHMƏDOVDAN SONRA İSGƏNDƏR CAVADOVUNDA HƏBSİ GÖZLƏNİLİRBir müddət əvvəl dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədov Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən tikinti materialı gətirəcəyini vəd edib.
Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb. M.Əhmədov İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının (ARFFA) vitse-prezidenti idi.
Bu gün daxil olan məlumata görə, yaxın günlərdə ARFFA-nın prezidenti İsgəndər Cavadovun da həbs olunacağı gözlənilir.
Mötəbər mənbənin bildirdiyinə görə, İsgəndər Cavadov "MTN generalları” ilə əməkdaşlıq edərək tikinti biznesi ilə məşğul olan sahibkarlara külli miqdarda ziyan vurub. Ümumiyyətlə, NUH-a daxil olan məlumata görə, tikinti ilə məşğul olan iş adamlarına qarşı "razborka”lar da idmançılar da yaxından iştirak edib.\bizimxəbər\

Administratorla əlaqə

077 611-55-22

[email protected]