Ölkə

“Xəzər TV”də həyəcanlı anlar - Qoşulub qaçan rəis gəlini efirə çıxdı və…

26-01-2017, 21:20
Ötən gün "Xəzər TV"də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Bizə Danış" verilişində həyəcanlı anlar yaşanıb.

Xeberman.com xəbər verir ki,telekanala təhlükəsizliyin təmin edilməsi üçün polis əməkdaşları cəlb edilib. Telekanalın mühafizəçilərinə yardım məqsədi ilə Xətai rayon polis bölməsinin əməkdaşları da "Xəzər TV"nin həyətinə gətirilib.

Buna səbəb isə 5 ildir bir-birini sevən Elnur və Günayın həmin gün verilişdə iştirak etməsi olub. Ailələr arasında ciddi münaqişəni nəzərə alan telekanal təhlükəszilik tədbirlərinə əl atıb. Veriliş ərzində hər iki tərəfin qohumları televiziyanın həyətinə toplaşıb.

Məlumat üçün bildirək ki, Laçın rayon polis idarəsinin rəisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimova nişanlı olan Günay sevdiyi oğlana qoşulub qaçıb. Elə hər 3 ailə arsında münasibətlər bundan sonra korlanıb. Belə ki, qızın qohumları cütlüyü ölümlə hədələyir. Hədələrdən qorxduqları üçün gizlənən cütlük bu barədə videomüraciət də yaymışdı. Müraciətdə gənclər qohumları əl çəkməzsə, özlərini öldürəcəklərini bəyan etmişdilər.

Xatırladaq ki, BakiPost.az bir müddət əvvəl sözügedən cütlüyün bir-birinə qoşularaq qaçmasıyla bağlı məlumat yaymışdı. Məlumatda bildirilir ki, Ağcabədi rayonunda yerləşən Laçın rayon polis idarəsinin rəsisi Məhəmməd Kərimovun oğlu Aqşin Kərimovun nişanlısı Günay adlı qız toy ərəfəsində başqa bir oğlana – onunla birgə efirə çıxmış Elnura qoşularaq qaçıb. Bu hadisə ailələr arasında ciddi münaqişəyə səbəb olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]