Kriminal

Dəyanət Rzayevin ölmü: Qətl, yoxsa intihar?

26-01-2017, 21:12
Dəyanət Rzayevin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Dəyanət heç zaman özünə qəsd etməzdi!
Xeberman.com xəbər verir ki, bunu psixoterapevt Elmir Əkbər modern.az-a deyib.

Elmir Əkbər bildirib ki, D.Rzayevlə yaxın münasibətdə olan insanlar və məsələni soyuqqanlı analiz edənlər başa düşür ki, o intihar etməyib.

“Birmənalı olaraq, burada heç bir intihardan söhbət gedə bilməz. Çünki Dəyanətin həyatının mənası var idi, o nə üçün yaşadığını bilirdi. Yüz faiz əminəm ki, bu hadisədə özünəqəsddən söhbət gedə bilməz. Gah dedilər ki, özünü binadan atıb, gah da dedilər ki, özünü kəmərlə asıb.

Belə təəssürat yaratdılar ki, ilk olaraq onun ölmü haqqında nə deməyin lazım olduğunu dəqiq bilmirdilər. Əvvəl dedilər ki, özünü atıb, sonra isə qeyd etdilər ki, yox, kəməri ilə özünü asıb. Dərindən analiz edən insanlar üçün bu versiyalar, təbii ki, gülüncdür. Yaxşı ki, yazıq Dəyanətin üstünə benzin töküb yandırandan sonra “o, özünü yandırdı deməyiblər”, - deyə E.Əkbər bildirib.

Psixoterapevtin fikrincə, istintaq aparanlar D.Rzayevlə bağlı bütün məsələləri araşdırmalı və ədalətli rəy verilməlidirlər.

“Bu, dünyada psixoloqların, psixoterapevtlərin birinci qətli deyil ki! Qafqaz ölkəsiyik. Bir də görürsən ki, hansısa belisilahlılar gəlir və psixoloqdan soruşurlar ki, filan adamlarla münaqişələri var. Bildirirlər ki, psixoloqun da rəyini öyrənmək istəyirlər. Belə bir məqamda optimal mövqe tapıb vəziyyətdən çıxmaq çətindir”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]