Xəbərlər / Şou-biznes

"İçerde" böyük bir sosial layihəyə rəhbərlik etməyə başlayıb - video

18-01-2017, 13:40
"İçerde" böyük bir sosial layihəyə rəhbərlik etməyə başlayıb  - video
"Ay Yapım"ın reytinqli serialı "İçerde" böyük bir sosial layihəyə rəhbərlik etməyə başlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, serial Ailə və Sosial Siyasət Nazirliyi və "Kiçik qəlblərlə əl-ələ" dərnəyi (MİKA-DER) ilə birlikdə dəstəyə ehtiyacı olan uşaqlara reabilitasiya mərkəzi açmaq üçün yardım toplamaq kampaniyasına başlayıb.

"MİKA-DER İçerde İdman Mərkəzi"ni açmaq üçün ilk dəstək serialın baş qəhrəmanları Çağatay Ulusoy, Aras Bulut İynemlidən gəlib.

Kampaniya serialın bu mövsümkü sonuncu seriyasına qədər davam edəcək. İyuna qədər "İçerde" qəhrəmanları sosial media və telekanallardan xalqa səslənərək yardım üçün dəvət edəcəklər.


Administratorla əlaqə

077 611-55-22

[email protected]