Əsas Səhifə / Ölkə

VERGİLƏR NAZİRLİYİNİN HARINLAMIŞ MƏMURLARI - QOVULMAQ SIRASI İNDİ KİMDƏDİR?

24-12-2015, 18:49
İki gün öncə Bakıda restoranda silahlı insident törədən şəxsin vəzifəli şəxsin övladı olduğu sosial şəbəkələrdə ciddi müzakirə olunur. 

Hadisəni törədən Məhərrəm Əliyev Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin oğludur. Vergilərin şefi Fazil Məmmədov F.Əliyevi tutduğu vəzifədən azad edib. Gecikmiş qərar deyilmi?

Məsələ ondadır ki, problem oğullarda deyil, atalardadır desək, bəlkə də yanılarıq. Axı atalar oğullara nə vaxta kimi cavabdeh olmalıdırlar. Amma bir məslə də var… Düzgün tərbiyə olmayanda, atanın başı "vergi yığmağa” qarışanda övlad da dönüb olar dəli… 

Təkcə dəlimi? Əlbəttə yox… Məmur övladlarının adlarının son bir ildə ard-arda kriminal cinayətlərdə bilvasitə iştirakı cəmiyyətdə tolerant qarşılana bilməz, tam əksinə ikrah doğurar. Məmur kadrların başı o qədər rüşvətə, korrupsiyaya qarışıb ki, evində kimləri böyüdürlər xəbərləri yoxdur. 

Azərbaycan cəmiyyətində, xüsusən də məmur-oliqarx sferasında çox bərbad bir fikir formalaşıb: məmurlar öz "cənab”larına oxşayırlar. Onların nüfuzu, çəkisi, hökmü, davranışı və ən nəhayət "mənəm mənəmlik” iddiası şeflərinə münasibətdən formalaşır. Elə götürək Fəxrəddin Əliyevi… 

F.Əliyev dünənə kimi toxunulmaz idi. Nədən ki, o Fazil Məmmədovun kadrı idi. Onun oğlu Bakıda bizneslə məşğul ola bilər, psixoloji problemləri yaşayar, bahalı maşınında "Vinçestr” markalı tüfəng gəzdirər… O zamana kimi ki, 6 nəfəri güllələyər və bu mövzu ictimailəşər… Sonra da Fazil Məmmədov ictimai etirazdan ehtiyat edərək F.Əliyevi vəzifəsindən azad edər. 

Məsələ ondadır ki, F.Məmmədovun "kurasiya” etdiyi rayonlarda da vəziyyət qənaətbəxş deyil, insanlar həmin rayonların icra başçılarından cana yığılıb. Bu sırada Binəqədi rayonunun İcra Başçısı Xaləddin İsgəndərov liderlik edir. Mətbuatın X.İsgəndərovla bağlı bu qədər faktları ictimailəşdirməsinə baxmayaraq, bu məmur öz bildiyini edir. Deməli, burda bir arxayınçılıq var...

X.İsgəndərovun həbs olunan müavini Qəzənfər Novruzov da ondan geri qalmırdı, insanlara zülm edirdi, amma indi hardadır? Ölkə prezidenti dəfələrlə bəyan edib ki, heç kim toxunulmaz deyil, hər bir insan, xüsusən də məmurlar cəmiyyətə nümunə olmalıdırlar. 

Binəqədi rayon İcra Hakimiyyətində hamı X.İsgəndərov və yaxud da Q.Novruzov kimidir. Əsla, məsələn elə cənab İsgəndərovun birinci müavini İlqar Süleymanov... Çox istedadlı iqtisadçı olduğu qeyd edilən İ.Süleymanovun hazırda Binəqədi rayonunda çox böyük nüfuzu olduğu söylənilir. İ.Süleymanovdan niyə yazmırlar, deməli, bu məmur kadr kimi yerindədir. İ.Süleymanov eyni hörməti vergilər sistemində çalışdığı illərdə də qazanıbmış. Xüsusən də Vergilər Nazirliyinin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsində rəis müavini vəzifələrində çalışarkən. Sahibkarlara hər zaman dəstək olurmuş, məntiqlə başa salıb yola salarmış... Amma nə oldu, F.Məmmədov belə bir kadrın fəaliyyət dairəsini kiçildərək Binəqədi rayon İcra Hakimiyyətinə göndərdi. Niyə? Çünki, İ.Süleymanovun "yığan əli” yoxuymuş.\ dia.az\

Administratorla əlaqə

077 611-55-22

[email protected]