İdman

“Devalvasiya olan gündәn büdcәni analiz edirik”

24-12-2015, 12:00

"Bu heyәtdәki әcnәbi futbolçulara da tәsir edәcәk”.

Bu gün Klublar Komitәsinin yeni iclası keçirilib. "Qafqazinfo" xәbәr verir ki, iclasdan sonra "Neftçi"nin vitse-prezidenti Elnur Mәmmәdov jurnalistlәrin suallarını cavablandırıb.

O, devalvasiyanın "Neftçi"yә tәsir etdiyini deyib vә yeni baş mәşqçidәn danışıb: 

"Klubun büdcәsi optimallaşdırılacaq. Tәbii ki, devalvasiya "Neftçi" üçün dә müәyyәn tәsirlәr yaradır. Hәr şey müzakirә olunacaq. Büdcә tam dәqiq olmalıdır. Xarici baş mәşqçi vә ya әcnәbi futbolçular gәlsәydi, onların da tәsiri olacaqdı. Devalvasiya olan gündәn büdcәni analiz edirik. Bu gün dә iclas olacaq. Bu heyәtdәki әcnәbi futbolçulara da tәsir edәcәk. 

Yeni baş mәşqçiyә gәlincә, xarici mәşqçinin gәtirilmәmәsinә devalvasiya da tәsir etdi. Hәr şeyi dәyәrlәndirdik. Әsgәr Abdullayev klubun çәtin günündә yanında idi. Onunla danışdıq vә postunda qaldı. Sadәcә Әsgәr müәllimin bir problemi var. Onun Pro kateqoriyası yoxdur. UEFA-nın qaydalarına әsasәn bu kateqoriya olmayan mәşqçi avrokuboklarda klubun başında ola bilmәz".

Administratorla əlaqə

077 611-55-22

[email protected]