Əsas Səhifə / Gündəm

Sahibkarlar Konfederasiyasının prezidentinə qarşı... İTTİHAM VAR

23-12-2015, 21:32
Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin bu vəzifəyə gətirilməsinin bəzi təfərrüatları və bu təyinatdan doğan müxtəlif problemləri işıqlandırmışdıq. Həmin materialda qeyd olunmuşdu ki, əksər mənbələrin rəyinə görə 2009-cu ildə konfederasiyanın prezidenti postuna gətirilən Məmməd Musayev, bu vəzifənin verdiyi imtiyaz və səlahiyyətlərdən daha çox şəxsi biznesinin çiçəklənməsi üçün faydalanır. Təyinat zamanı isə diqqəti çəkən əsas cəhətlərdən biri də bu idi ki, ölkənin ən iri və nüfuzlu iş adamlarının təmsil olunduğu qurumun rəhbərliyinə gələrkən, M.Musayev burada bir çox etirazlarla rastlaşmalı olmuşdu. Məsələ bundadır ki, ölkə qanunları və beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən iri sahibkarlar Məmməd Musayevin tətbiq etdiyi idarəçilik üsullarını, daha çox "şapka” üsuluna istinad edən iqtisadi mexanizmini qəbul etmək istəmirdilər. Lakin, həmin vaxt nüfuzlu himayədarların patronajlığı son sözü demiş oldu. Digər tərəfdən isə, bu patronajın kim tərəfindən göstərildiyi barədə də ölkə mətbuatında müxtəlif versiyalar irəli sürülmüşdü. Məsələn, belə məlumatlardan birində göstərilirdi ki, konfederasiyanın rəhbərliyinə gətirilmə ərəfəsində M.Musayevin vəziyyəti o qədər də ürəkaçan deyildi. Belə ki, həmin vaxt onun "Muğanbank”da olan payının əlindən alınması, özünün həyata keçirdiyi bir sıra maxinasiyaların nəticəsi olaraq digər kommersiya obyektlərinin də ağır duruma düşməsi bu vəziyyəti daha da gərginləşdirirdi. Lakin, yüksək vəzifəli şəxslərlə olan qohumluq əlaqələrindən yararlanan M.Musayev tez bir zamanda biznesinə yeni nəfəs verə bildi. Az sonra isə, M.Musayev yenə də bu əlaqələr sayəsində ASK-nın prezidenti postuna yiyələndi. Bununla belə aradan keçən altı il ərzində ölkə sahibkarları ilə ASK prezidenti arasında yaranmış narazılıqlar nəinki aradan qaldırılmadı, əksinə onların sayı getdikcə artmaqdadır. Yeni aldığımız məlumatda isə, Məmməd Musayevin artıq "MTN işi” ilə bağlı bir çox epizodlarda da adının hallandığı bildirilir. 

Bu barədə daxil olan açıqlamada qeyd olunur ki, MTN-in Qazax şöbəsinin yerləşdiyi binanı da Məmməd Musayev birbaşa Eldar Mahmudova "jest” olaraq, öz vəsaitləri hesabına inşa etdirmişdir. Maraqlıdır, görəsən ASK rəhbərini ölkənin iş adamlarına qarşı dözülməz münasibətilə seçilən nazirə belə bir hədiyyə etməyə hansı səbəblər sövq edib. Əlbəttə, bəziləri bunu Məmməd Musayevin oğlunun da son hadisələrə qədər MTN strukturlarında çalışması faktı ilə bağlayırlar. Digər tərəfdən isə, Eldar Mahmudovun "əməkdaşlarının” hədəfə aldıqları və talan etdikləri iş adamlarının siyahısında sonadək Məmməd Musayevin yer almaması da bəzi mətləblərdən xəbər verir. Halbuki, Məmməd Musayevin həmin siyahıya salınması üçün bütün şansları olub. Məlum olduğu kimi, ASK rəhbəri eyni zamanda "Aqrarkredit” Səhmdar Kredit Təşkilatının da İdarə Heyətinin sədri olmaqla yanaşı, həm də "Turan Bank”, "Azər-Türk Bank”, "Başak-İnam” sığorta şirkəti kimi iri maliyyə qurumlarında da pay sahibidir. Yeri gəlmişkən, bu günlərdə bizimdovr.az-a daxil olmuş məlumatlarda məhz "Turan Bank”ın fəaliyyətində yer almış ciddi maxinasiyalara dair açıqlamalar təqdim olunub. Hal-hazırda əldə etdiyimiz məlumat əsasında əməkdaşlarımız tərəfindən araşdırmalar aparılır. Bu araşdırmanın nəticələri barədə növbəti saylarımızın birində ətraflı söhbət açacağıq.

Qarşı tərəfində mövqeyini işıqlandıra bilərik. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]