Ölkə

“Əmim içkili olub” - Şahverdiyevin qardaşı oğlu

26-12-2016, 13:00
“Əmim içkili olub” - Şahverdiyevin qardaşı oğlu

"Əmimin dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

 

BakiPost.az xəbər verir ki, bu sözləri millət vəkili Astan Şahverdiyevin qardaşı oğlu Nemət Şahverdiyev sosial şəbəkədə yazıb. O, əmisinin ajiotaja səbəb olan açıqlamanı verdiyi vaxt içkili olduğunu qeyd edib: "Mən Astan Şahverdiyevin müsahibəsinin lent yazısını dinlədim. O, hətta cümlələri tamamlaya bilməyib. İçkili olduğu hiss olunur. Bu, olan vəziyyətdir. İnsanların əmimin sözlərinə görə narazılığını başa düşürəm. Hətta atam onu tənbeh edib. Söhbət Rusiyada yaşayanlar haqda dediklərindən gedir. Təəssüf. Bir də onu deyim ki, özü haqda yazılanlara nəsə deyə bilmirəm. Ancaq onun dediklərinə görə Şahverdiyevlər məsuliyyət daşımır”.

 

 

Qeyd edək ki, deputat Astan Şahverdiyev dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlərin keçirdiyi etiraz aksiyası ilə bağlı açıqlama verib. O, müsahibəsində etirazlara səbəb olan ifadələr işlədib: "Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin "otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var”.

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]