Siyasət

AZƏRBAYCAN HAKIMIYYƏTINDƏN RÜŞVƏT ALAN AVROPALI DEPUTAT IFŞA EDILIB

21-12-2016, 15:23

AZƏRBAYCAN HAKIMIYYƏTINDƏN RÜŞVƏT ALAN AVROPALI DEPUTAT IFŞA EDILIBXeberman.com-un verdiyi məlumata görə, tanınmış hüquq müdafiəçisi Oktay Gülalıyevi özünü facebook səhifəsində  yazaraq bildirib ki, Azərbaycan hakimiyyətindən rüşvət alan avropalı deputatlardan biri, italiyalı Luka Volonteifşa edilib. Hüquq müdafiəçisinin bildirdiyinə görə, Luka Volontenin hesabına Azərbaycandan 2ş5 mln. avroya yaxın vəsait köçürülüb.

"Dostlar, bildinizmi AŞPA- nın alman deputatı Kristof Strasserin 2012- ci ildə Azərbaycandakı siyasi məhbuslarla bağlı hazırladığı məlum siyahi niyə Avropa Şurasında qəbul olunmayıb? Bir daha təsdiq olunur ki, bu sənədin qəbul olunmaması üçün hakimiyyət xalqın boğazından kəsib avropalı deputatlara milyon dollarla rüşvət verirmiş. Rüşvət verirmiş ki, cibinə narkotik qoyub həbs etdirdiyi gəncləri, evinə silah qoyub zindana atdırdığı mömün qardaşlarımızı, eləcə də şərləyib tutdurduğu digər ictimai- siyasi fəalları Avropalı deputatlar müdafiə etməsin.
Məlum olur ki, o zaman məhz Azərbaycan hakimiyyətinin apardığı lobbiçilik fəaliyyəti nəticəsində Rusiya nümayəndə heyətinin 18 üzvü, 10 türk, 9 ispan (Aqramunt daxil olmaqla), 9 italiyalı, britaniyalıların əksəriyyəti (7), ukraynalılar (7), fransızlar (7) Ştrasserin məruzəsinin əleyhinə olublar. İndi görürsünüzmü xalqımızın pulu, sərvəti kimlərə, nə məqsədlə verilib?
Bir neçə gün öncə isə İtaliya prokurorluğu Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmış avropalı deputatlardan biri italiyalı Luka Volonte ilə bağlı ifşa edici məlumatları üzə çıxarıb. Məlum olub ki, Azərbaycandan Volontenin hesabına 2,5 mln. avroya yaxın vəsait köçürülüb. Bu pul köçürmələrinim mənbəyi kimi Azərbaycanlı deputat, xariciləri ələ almaqda ad çıxarmış Elxan Süleymanov və Müslüm Məmmədov göstərilib.
Məsələnin maraqlı cəhətlərindən biri budur ki, Avropada Sabitlik Təşəbbüsü təşkilatı "Kürü diplomatiyası 2” adlı hesabat yayıb. 17 dekabrda yayılan Hesabatda "İnsan haqları satışda” qeyd olunaraq – avropalı deputatların ələ alınmasına görə rəsmi Bakı ifşa edilir. Bununla da kifayətlənməyən təşkilat Süleymanov və Volontenin fəaliyyətinə qiymət verilməsi, onların deputat səlahiyyətlərinə xitam verilməsi, həmçinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınması məsələsinin AŞPA-nın yanvar sessiyasının gündəliyinə daxil edilməsini tələb edir".

Sənəddə Azərbaycanda siyasi məhbuslar məsələsinə qayıtmağın və Ştrasserin hesabatının yenidən səsverməyə çıxarılmasının, bu məsələ üzrə yeni məruzəçinin təyin edilməsinin vacibliyi qeyd olunub.

Avropada Sabitlik Təşəbbüsü təşkilatı Fransa, İspaniya, Almaniya və digər ölkələrin prokurorluqlarının həmin ölkələrin depulatlarının Azərbaycan tərəfindən ələ alınması faktlarını araşdırmasının vacibliyi bildirib.
Yeri gəlmişkən qeyd edək ki, bu təşkilat 2012-ci ildə "Kürü diplomatiyası” adlı hesabat dərc edərək bəzi avropalı deputatların müxtəlif hədiyyələr, rüşvət və kürü nəticəsində Azərbaycanda insan haqlarının tapdanmasına göz yummasını ifşa etmişdi və həmin hesabat böyük səs- küyə səbəb olmuşdu. İndi təşkilat özünün yeni hesabatını yayıb və yenə ölkəmiz korrupsioner məmurlarımız hesabına mənfi imicdə bu hesabatın "qəhrəmanı" olub.

Avropa təşkilatları ölkəmizi aşağılayan rüşvətxor məmurlarımızı ifşa edir. Onlar xalqımıza tutulan divanı, ölkədə aparılan repressiyanı rüşvət gücünə ört- basdır edilməsini ifşa edirlər. Bəs biz niyə susaq? Xalqın pulunu xalqa qarşı xaricilərə yem edənləri gəlin biz də ifşa edək!

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]