Siyasət

2017-də NA­TO-Ru­si­ya gər­gin­li­yi və Qa­ra­bağ sülh pro­se­si üçün təh­lü­kə...

18-12-2016, 17:49

 2017-də NA­TO-Ru­si­ya gər­gin­li­yi və Qa­ra­bağ sülh pro­se­si üçün təh­lü­kə...Və­fa Hey­dər­li: "Mü­na­si­bət­lə­rin kri­tik­ləş­mə­si onun Dağ­lıq Qa­ra­bağ­la bağ­lı tə­sir im­kan­la­rı­nı azaltma­ya­caq"

 

Ru­si­ya ilə NA­TO öl­kə­lə­ri ara­sın­da mü­na­si­bət­lə­rin kəs­kin­ləş­mə­si 2017-ci il­də əsas təh­did ola bi­lər. Bu ba­rə­də ABŞ-ın Xa­ri­ci Əla­qə­lər üz­rə Şu­ra­sı­nın he­sa­ba­tın­da de­yi­lir. He­sa­bat­da 2017-ci il­də baş ver­mə­si eh­ti­mal edi­lən bu mü­na­qi­şə­nin tə­si­ri yük­sək, müm­kün­lü­yü isə or­ta qiy­mət­lən­di­ri­lib.

Bil­di­ri­lir ki, bu mü­na­qi­şə Ru­si­ya­nın Şər­qi Av­ro­pa­da aq­res­siv fə­a­liy­yə­ti ilə əla­qə­dar məq­səd­li və ya məq­səd­siz hər­bi toq­quş­ma nə­ti­cə­sin­də baş ve­rə bi­lər. He­sa­bat­da ikin­ci yer­də Ko­re­ya Xalq De­mok­ra­tik Res­pub­li­ka­sın­da cid­di böh­ran gös­tə­ri­lir. Qeyd olu­nur ki, bu böh­ran nü­və si­la­hı­nın sı­naq­dan ke­çi­ril­mə­si, hər­bi təx­ri­bat və da­xi­li si­ya­si qey­ri-sta­bil­lik­lə bağ­lı­dır. Üçün­cü yer­də ABŞ-ın va­cib infrastruk­tu­ru­na qar­şı bö­yük ha­ker hü­cum­la­rı qeyd olu­nub. 2017-ci ilin cid­di təh­did­lə­rin­dən bi­ri ki­mi ABŞ və ya tə­rəf­daş öl­kə­lə­rin əra­zi­sin­də ter­ror aktla­rı­nın baş ver­mə­si eh­ti­ma­lı da gös­tə­ri­lir. Baş­ver­mə eh­ti­ma­lı yük­sək olan, la­kin tə­si­ri or­ta qiy­mət­lən­di­ri­lən ha­di­sə­lər si­ya­hı­sın­da Əf­qa­nıs­tan­da­kı və­ziy­yət, Tür­ki­yə ilə kürdlər ara­sın­da mü­na­qi­şə­nin güc­lən­mə­si, Su­ri­ya­da və­tən­daş mü­ha­ri­bə­si, di­gər öl­kə­lə­rin hər­bi mü­da­xi­lə­si də qeyd olu­nub.

Növ­bə­ti il­də NA­TO-Ru­si­ya mü­na­si­bət­lə­ri­nin kri­tik həd­də çat­ma­sı Dağ­lıq Qa­ra­bağ prob­le­mi­nin ni­za­ma sa­lın­ma­sı ilə bağ­lı Ru­si­ya­nın ro­lu­nu azal­da bi­lər­mi?

Po­li­to­loq Və­fa Hey­dər­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, NA­TO ilə Ru­si­ya­nın mü­na­si­bət­lə­ri­nin gər­gin ol­ma­sı bi­zim qlo­bal­la­şan prob­le­mi­miz üçün föv­qə­la­də nə­sə vəd et­mir: "Bi­lir­si­niz ki, bu mü­na­si­bət­lər da­im gər­gin olub. SSRİ-nin vax­tın­da olan "so­yuq mü­ha­ri­bə" son­ra Ru­si­ya­nın si­ya­si va­ris­li­yi üzə­rin­də apa­rıl­dı. Yə­ni NA­TO ye­ni­dən Şər­qə doğ­ru irə­li­lə­mə­yə baş­la­dı. Tə­bii ki, Ru­si­ya bu­na bi­ga­nə qal­ma­dı. Uk­ray­na və Gür­cüs­tan NA­TO-ya üzv ol­ma­ğın as­ta­na­sın­da olan za­man Ru­si­ya hə­min öl­kə­lə­rə hət­ta hər­bi mü­da­xi­lə et­mək­dən be­lə çə­kin­mə­di. Bü­tün bun­lar onu de­mə­yə əsas ve­rir ki, gər­gin­lə­şən mü­na­si­bət­lər fo­nun­da Ru­si­ya ge­ri çə­kil­mir. Ək­si­nə, bir qə­dər də aq­res­siv­lə­şir. Cə­nu­bi Qaf­qaz­da isə Ru­si­ya­nın tə­sir im­kan­la­rı da­ha ge­niş­dir. Bu sə­bəb­dən də mü­na­si­bət­lə­rin kri­tik­ləş­mə­si onun Dağ­lıq Qa­ra­bağ­la bağ­lı tə­sir im­kan­la­rı­nı azaltma­ya­caq".

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Administratorla əlaqə

077 611-55-22

[email protected]