Ölkə

Köklükdən əziyyət çəkən deputat xalqı ac qalıb arıqlamağa dəvət etdi-VİDEO

9-12-2016, 14:00

VETENUGRUNDA.AZ-ın verdiyi xəbərə görə, illərdir Milli Məclisi zəbt edib, yerini bərkidib, bərk oturan deputatlardan biri, Qaz Emalı Zavodunun keçmiş sahibi, Azərbaycanda geniş biznes şəbəkəsi olan Hüseynbala Mirələmov ölkədəki iqtisadi böhranla bağlı xalqa məsləhət verib: Ayağınızı yorğanınıza görə uzadın. Ət, çörək, balıq yeməyin, arıqlayın. Çox yemək adamı tez qocaldır. O zaman Hüseynbala Mirələmov niyə az yeyib arıqlamır, qarnını sallaya-sallaya gəzir?

Ən gülməlisi isə Xocalının icra başçısı Elman Məmmədovun çıxışı olub, o deyib ki, çox az pul xərcləyir, Xocalıya görə ildə bir dəfə xaricə gedir. Düz deyir, ildə bir dəfə Xocalıya görə xaricə gedirlər, min dəfə kef üçün, bizneslərinin inkişafı üçün, alver üçün, istirahət üçün.

Administratorla əlaqə

077 611-55-22

[email protected]