İqtisadiyyat
YAP - sədrinin qardaşı " Kapital Bank "dan 160.000 manatı oğurladı - BEYLƏQANDA BİABIRÇILIQ
27-11-2016, 21:38
"Kapital Bank" ASC Beyləqan Rayon Filialından 160.000 manata yaxın pul oğurlanması ilə bağlı ilginc məlumatlar daxil olub. Azerinews.tv-nin əldə etdiyi məlumatda bildirir ki, oğurluqda şübhəli bilinən şəxs qismində saxlanılan YAP-nın Beyləqan Rayon təşkilatın sədri Rafail Pəsiyevin qardaşıdı. Ən başlıcası odur ki, bu dövlət bankına nəzarəti birinci növbədə filialın müdiri İsmayılov Azər Əsəd oğlu həyata keçirir. Görəsən Azər İsmayılov hara baxır və ümumiyyətlə Beyləqanda nə işlə məşğuldur? Axı dövlətin müəyən pulları məhz Azər İsmayılova etibar edilib. Bu hadisədən sonra yagin ki həmin filialda baş ofis tərəfindən əsaslı yoxlamalar aparılacaq və kadr islahatları ilə yanaşı seçilmiş kadrların şəxsi kefiyyətlərinə də xüsusi diqqət ayrılacaqdır.
Xatırladaq ki, Rafail Pəsiyev Beyləqanda iki mühüm vəzifə tutur. Kənd təsərrüfat sahəsində Beyləqan rayonunda idarə müdiri və YAP-ın Beyləqan Rayon təşkilatın sədri vəzifəsində şalışır. Təbii ki, "bu cinayət hadisəsindən sonra" YAP-ın Beyləqan Rayon təşkilatın sədri vəzifəsində və eyni zamanda kənd təsərrüfatı sahəsində idarə müdiri vəzifəsində Rəfail Pəsiyevin qalıb -qalmaması sual altında qalmaqdadır.
Qeyd edək ki, həmin bölgəyə Prezidentin səfərindən sonra 12 noyabr 2016-cı il tarixdə saat təxminən 19:00 radəlrində Beyləqan Rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində YAP-ın sədri Pəsiyev Rafailin qardaşı saxlanılmışdır. Hazırda faktla bağlı araşdırma aparılır və bu istiqamətdə digər şəxslərin əli olub -olmamasının müəyyən edilməsinə də hüquqi qiymət veriləcək...
Hadisə ilə bağlı digər detallarda tərəfimizdən diqqətlə araşdırılır.