İqtisadiyyat

“Data Plus" internet provayder müştəriləri belə aldadır – VERGİDƏN YAYINAN MİLYONLAR

17-11-2016, 18:28
“Data Plus" internet provayder müştəriləri belə aldadır – VERGİDƏN YAYINAN MİLYONLAR

Son günlər Qlobal.az-ın elektron poçtuna "Data Plus” internet provayderinin müştərilərini aldatdığı barədə aramsız şikayətlər gəlməkdədir. Ünvanlanan şikayətlərdə deyilir ki, əsasən Bakı ətrafı qəsəbələrdə, xüsusən də Masazır qəsəbəsində "Data Plus” müştərilərini keyfiyyətli internetlə təmin edə bilmir. Belə ki, xəttlərdə tez-tez qırılmalar baş verir. Gün ərzində 3-4 dəfə 30-50 dəqiqəliyinə internet kəsilir. Hətta hərdən elə olur ki, internet 3-4 saatlığına verilmir.

Şikayətçilər deyir ki, yaranmış problemlə bağlı "Data Plus”un qaynar xəttinə zəng etdikdə isə problemi qəsəbələrdəki ATS qovşaqlarının üstünə atırlar. Səxavət Hüseynov adlı şikayətçi isə hesab edir ki, "Data Plus” bunu düşünərək edir. Hər gün üst-üstə abunəçilərindən 4-5 saat kəsən "Data Plus” ayın sonunda ən aşağısı 6-7 sutka udur. Bununla da dövlətə ödədiyi vergidən yayınır.

Qeyd edək ki, əvvəllər də ölkədə fəaliyyət göstərən provayderlərin abunəçilərinə müqavilədə göstərilən sürətdən aşağı internet verdikləri haqda informasiyalar verilib. İnternet provayderləri aylıq 20 manata 8 meqabit/saniyə internet sürəti vəd edirlərsə, istifadə zamanı sürət aşağı olur. Abunəçilər bilərəkdən aldadılır.

Daha bir şikayətçi isə Abşeron rayon, Masazır qəsəbəsində, Qurtuluş Massivində yaşayan abunəçidən daxil olub. Şikayətçinin sözlərinə görə 1 ildən artıqdır ki, dəfələrlə "Data Plus”un mərkəzi ofisinə, qaynar xəttinə zəng edib. Bir il ərzində müştərini müxtəlif bəhanələrlə "yola verən” provayder daha sonra 10 manatlıqdan 15 manatlıq paketə keçməyi təklif edir. Hal-hazırda 15 manatlıq paket istifadəçisi olan müştəri hər dəfə sürəti yoxladıqda ən yaxşı halda 2-3 manatlıq internet aldığını deyir. Onun sözlərinə görə dəfələrlə mərkəzi ofisə zəng etsə də onu müxtəlif bəhanələrlə yayındırıblar. Bunu dərk edən müştəri bütün danışıqları avtomatik qeydə alır. S.Abbasov qeyd edir ki, "Data Plus”un Masazır nümayəndəsi ilə 4-5 dəfə danışsa da nəticə olmayıb. Məsul şəxs ya Əhmədlidə olduğunu deyir, ya da telefonu açmır.

Belə bir sual çıxır: Əgər 15 manat ödəyən müştəriyə ən yaxşı halda 5 manatlıq internet ötürülürsə 10 manat kimin cibinə gedir? Bu qədər vəsaiti kim mənimsəyir? Görünür eks nazir Əli Abbasovun ayda 300 min manat xərcləməsi ilə bağlı verdiyi açıqlama öz təsdiqini tapır. Görünür "Data Plus”un rəhbərinin də aylıq xərci kifayət qədərdi...

Əksər avropa ölkələrində provayderlər internet xidməti təklif edərkən əvvəlcədən 1 ay və ya 40 gün sınaq müddəti verir. Abunəçi razı qalmadıqda ödəniş etmədən başqa provayderlərə müraciət edə bilir. Azərbaycanda isə provayderdən narazı qalanlar xidmətdən imtina etdikdə bəzi problemlərlə qarşılaşırlar.

Qeyd edək ki, abunəçilər İnternet Provayderlərin müqavilədə göstərilən keyfiyyətlərə uyğun xidmət göstərmədikləri ilə qarşılaşsalar Rabitə və Yüksək Texnologiyalar, eləcə də İqtisadiyyat Nazirliklərinin nəzdindəki müvafiq idarələrə şikayət də edə bilərlər.

Növbəti yazımızda "Data Plus” telefon mərkəzində əyləşən əməkdaşlarının kobudluqları, yolavermələri ilə bağlı audioyazını da yerləşdirəcəyik.

Mövzunu davam etdirəcəyik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]