Yazarlar

Əhməd Oruc - Bu hakimiyyət, millətə oqədər pisliklər edib ki...

8-12-2016, 21:58
Mətbuatda ölkə başçısının Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərman imzaladığı haqda məlumat verilib.

Əvvala onu qeyd edək ki, yəqin bu fərmanın layihəsini hazırlayanlar strateyi anlayışı ilə yol xəritəsi anlayışının mahiyyətini yetərincə dərk etmirlər. Ümumiyyətə ölkənin strateyi inkişafı ilə bağlı konseptual sənəd bir dənə olar və sənəddə uzunmddətli inkişafln əsas istiqamətləri ehtiva olunar. "AR-da peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”; - kimi "kəşflərin" müəlliflərinin hansı səviyyədə olduğu aydın görünür. Bu sənəd olsa-olsa təhsil nazirliyinin hansısa bir şöbəsinin hazırladığı sənəd ola bilər. Yol xəritələri isə adətən bu və ya digər problemin həlli ilə bağlı bütün incəliklər, atılacaq addımlar müddət və icraçılar göstərilməklə hazırlanan sənədlər olur. Fərmandan göründüyü kimi bu "xəritədə" icra mexanizmi və icracıların kimliyi hələ bilinmir: 

"Prezident Administrasiyasına tapşırılır ki, fərman qüvvəyə mindikdən sonra hazırlanacaq dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin bu fərmanla təsdiq edilən strateji yol xəritələrinə uyğunluğunu təmin edəcək tədbirlər görsün; fərmanla təsdiq edilən strateji yol xəritələrinin icra mexanizmləri ilə bağlı təkliflərini 15 gün müddətində AR-in Prezidentinə təqdim etsin."

"Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat versin; fərmandan irəli gələn digər məsələləri həll etsin."

"Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə isə iqtisadi sahədə fəaliyyət istiqamətlərinə dair strateji planların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, strategiyaların, tədbirlər planlarının layihələrinin hazırlanması zamanı bu fərmanla təsdiq edilən strateji yol xəritələrinin müddəalarını rəhbər tutmaq, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır."

Fərmanın icrasına ümumi nəzarət Prezident Aparatına, uyğunlaşdırmaq Nazirlər Kabinetinə, icra isə bütün icra strukturlarına tapşırılır... 
Bu ölkəni, iqtisadiyyatı bu günə qoyanlara yenidən bu işləri " strateyi yol xəritəsi" adı ilə tapşırmaq guya "böhrandan çıxmaq üçün işlər görülür" görüntüsü yaratmaqla cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. 

Hətta bu sənəd yararlı olsa idi belə, başdan ayağa korrupsiya və rüşvətlə nəfəs alan, qara buxalteriya ilə işləyən, dövlət banklarını talan etmiş, digər coxsaylı cinayətlər törətmiş, millətin heç bir problemini həll etmək imkanında olmayan sınıq-salxaq qocalardan ibarət bir hakimiyyət komandası ilə millətə yalnız fəlakətlər gətirmək olar. 

Hakimiyyət təlaş içindədir. Dünənə qədər analoqsuz inkişafdan danışanlar bu gün günahı bir-birinin üstünə atırlar. Bu böhran bu hakimiyyətin sonuna çıxacaq. Bu hakimiyyət bu millətə o qədər pisliklər edib ki, millətin gözündən o qədər düşüb ki, onları nəinki xəritə, heç atlas, qlobus da xilas edə bilməz...
Onu da xatırladım ki, iqtisadiyyatın inkişafı və şaxələndirilməsi ilə bağlı əsaslandırılmış layihələr əksər partiyalarda, o cümlədən Azadlıq partiyasında da var.

Əhməd Oruc, Azadlıq Partiyasının sədri

Administratorla əlaqə

077 611-55-22

[email protected]