Yaşam

Cənubi Qafqaz: Qadınlar və gecə həyatı

9-11-2016, 17:30
Cənubi Qafqaz: Qadınlar və gecə həyatıErmənistanda çalışan qadınlar həmişəkindən daha çox iqtisadi azadlığa malikdirlər
Azərbaycan Gürcüstanda və Ermənistan qadınlar üçün gecə gəzintiləri təkcə dostlarla bir yerdə vaxt keçirmək imkanı deyil, həm də hazırda malik olduqları ictimai azadlıqları təsdiq etmək imkanıdır.
Cənubi Qafqazın bu üç ölkəsi bir vaxtlar Sovet İttifaqının tərkibində olublar, lakin SSRİ çökəndən sonra müstəqilləşiblər. İndi bu yerlərdə adamların ictimai azadlıqları daha geniş olsa da, qadın və kişilərə bu mənada olan münasibət eyni deyil. Seçkidə iştirak etmək yaşına çatmış bir çox qadınlar düşünürlər ki, axşamın gec saatlarında gəzməyə çıxsalar, cəmiyyət onlara həqarətlə baxa bilər.
Azərbaycandan olan hər bir qadın kimi mən də, qadınların evdə qalmağa üstünlük verdikləri mühitdə böyümüşəm. Lakin mənim nəslim, yəni 20 yaşla 60 yaş arasında olanlar indi bu məsələyə fərqli yanaşırlar. Mən bir çox qadınlar tanıyıram ki, bütün stereotipləri dəf edərək gecələr gəzintiyə çıxmaqdan çəkinmirlər. Həm də təkcə gecə klublarında rəqs etmək üçün yox, sadəcə gəzmək və gecə Bakısının işıqlarını seyr etmək üçün.
Əlbəttə, Qərb, təhsil vasitəsilə və ya turizmin genişlənməsi ilə təsirini göstərir və musiqi ocaqları, barlar və gecə klubları bu ölkələdə təşəkkül tapmapağa başlayır. Üstəlik, bu regionda işləyən qadınların sayı və bununla birlikdə onların maliyyə imkanları da artır və onlar bu pulu xərcləmək istəyirlər. Dünya Bankının məlumatına əsasən, Ermənistan, Azərbaycan və Gürcüstanda işləyən qadınların sayı artmaqdadır, lakin bu göstərici 6 il bundan əvvəlin rəqəmlərindən cüzi fərqlənir.
Bu yeni həyat tərzinə qoşulmaq istəyən bəziləri isə "yaxşı qız” reputasiyasını qorumağa və qonşuların tənəsi ilə üzləşməməyə çalışırlar. Onlar öz şəkillərini mediada paylaşırlar, lakin çalışırlar ki, anonimliklərini saxlasınlar. Əlbəttə, elələri də var ki, onların necə əyləndiklərini bütün dünyanın bilməsini istəyirlər”.
Adrine Qreqoryan, 38 yaş, fotoqraf, Yerevan, Ermənistan

"Mən gecələr gəzməyə çıxıram. Hamı yuxuya gedəndə, Yerevanın küçələrinə yeni bir izdiham çıxır və gecə həyatı başlanır. İndiyədək tənqid-tənə eşitməmişəm. Mən özümü icmanın bir üzvü sayıram
Cənubi Qafqaz: Qadınlar və gecə həyatı
Adrine Qreqoryan deyir ki, Ermənistanda qadınların gecə həyatı üçün ən böyük əngəl "reputasiya" və ya qonşuların və ətrafdakı insanların fikirləridir
Görürəm ki, gəzməyə çıxan qadınların sayı ildən-ilə artır. Zənnimcə, bunun bir səbəbi də odur ki, qadınlar getdikcə maliyyə baxımından daha müstəqil olurlar. Buna görə də bir çox qadınlar ictimai rəyə məhəl qoymadan öz seçimlərini edirlər. Bir də gənc qadınların köhnəlmiş reputasiya konsepsiyasına, "tərbiyəli qız” olmaq konsepsiyasına məhəl qoymayan yeni nəsli yetişib.
Başqalarının və qonşuların nə deyəcəyindən narahat olan qadınlar öz şəxsi həyatlarını gizli saxlayırlar”.
Astğik Papikyan, 24 yaş, ətraf mühit mütəxəssisi, Yerevan, Ermənistan

"Mən tanıdığım və inandığım adamlarla klublara və ya gəzməyə gedə bilərəm, lakin narahatam ki, bu düzgün başa düşülməyə bilər. Bəzi adamlar tanımadığın şəxslərlə, tanımadığlın yerlərdə gecə gəzintilərinə pis baxırlar. Sadə həyat tərzi keçirmək istəyən hər bir erməni qızı əlbəttə, ictimai rəyi nəzərə almalıdır. Adamlar düşünürlər ki, normal qız hava qaralmamış evdə olmalıdır. Lakin indi bu sayaq qaydalar yoxa çıxır. İstəsən, gecə saat 11-ə qədər gəzə bilərsən.
Cənubi Qafqaz: Qadınlar və gecə həyatı
Astğik Papikyan deyir ki, o evə çox gec gələ bilməz, yoxsa qonşular deyinməyə başlayacaq
Mən çalışlıram ki, axşam saat 22:30-dək evə gəlim. Əgər gec gəlsəm, valideynlərim bunu xoşlamazlar, qonşularım isə dedi-qodu edərlər. Bunlar isə mənim gələcəyimə və reputasiyama təsir göstərə bilər. Mən özüm bilirəm ki, pis bir iş tutmuram, amma şəraiti nəzərə almalıyam.
Hərdən bir dostlarımla karaoke klublarına gedirəm. Ermənistanda çoxlu diskotekalar var. Doğrudur, cəmiyyət belə şeyləri rahatlıqla qəbul etmir. Adamlar deyirlər ki, "normal qız” belə klublara getməz. Yerevandan kənarda vəziyyət hətta bundan da pisdir. Məsələn, ölkənin ikinci böyük şəhəri olan Gümrüdə əyləncə mərkəzləri gecələr açıq olmur, çünki ora onsuz da heç kəs gecə vaxtı getməz.
Amma karaokeyə bir az məqbul şey kimi baxırlar. Orada rəqs edə, oxuya, əylənə bilərsən və adamlar sənin haqqında pis bir söz deməzlər.
Bəlkə də vəziyyət bir gün dəyişdi, amma bu, asan məsələ deyil. Hələ bundan sonra azı 50 il vaxt lazım gələ bilər.
Xəyalə Xəlilli, 26 yaş, həkim, Gəncə, Azərbaycan
"Təhsildə magistr dərəcəm var və mən paytaxt Bakıda, xəstəxanalardan birində çalışıram.
Mən düşünmürəm ki, qadınların və kişilərin mütləq gecə həyatı olmalıdır. Bu əyləncənin sağlam forması deyil və gecələri yatmaq çox mühümdür. Bir də gecə klublarında alkoqollu içkilər içilir. Məncə alkoqollu içki içənlər düzgün düşünməyi bacarmırlar.
Mənim üçün qadın azadlığı gecələri gəzməkdə deyil. Qadın yalnız təhsil almaq, maliyyə baxımından müstəqil olmaq haqqında düşünməli və fikrindəkini demək üçün özündə qətiyyət tapmalıdır. Mən gecələr gəzməyə getmirəm və heç vaxt da getməmişəm. Mənim ailəmdə heç kim gecə klublarına getmir.
Bununla belə, ailəm mənə heç bir məhdudiyyət qoymur. Sadəcə özümün klublara getməkdə marağım yoxdur. Mən işdən sonra idmanla məşğul oluram və ya dostlarımla, qohumlarımla görüşürəm. Mən dostlarımla gəzməyə gedəndə, biz əvvəlcə kafedə nahar edirik, sonra isə şəhəri gəzməyə çıxırıq.
Mən məzuniyyətimi Rusiya, Türkiyə və İran kimi xarici ölkələrdə keçirirəm. Mən olduğum şəhərlərdə də gecə klublarına getmirəm. Məni xarici ölkələrin mədəniyyət və tarixləri maraqlandırır, odur ki, səfər etdiyim xarici ölkələrdə muzeylərə və kitabxanalara baş çəkirəm.
Gülarə Əzimzadə, 27 yaş, reklam mütəxəssisi, Bakı, Azərbaycan
"Mən həm gecə gəzintilərinə çıxıram, həm də axşam konsertlərinə və gecə klublarına gedirəm.
Zənnimcə, qadının gündəlik işin stresindən, mənfi hisslərdən və həftənin aqressiyasından çıxmaq, həm də adamları görüb tanımaq üçün gəzməyə çıxmaq imkanı olmalıdır. Yoxsa bu yığılıb qalmış aqressiya başqalarına da keçə bilər.
Cənubi Qafqaz: Qadınlar və gecə həyatı
Hər bir kəs ildə azı beş dəfə konsertlərə gedə bilməlidir.

Gülarə Əzimzadə deyir ki, ailəsinin ona məhdudiyyətlər qoymamasına sevinir, çünki yaşı 18-dən yuxarıdır
Tutaq ki, qadın evdə qalır və kişi çayxanaya və ya klublara gedir və sair. Bu o deməkdirmi ki, yalnız kişilərin əylənmək hüququ var? Əgər belədirsə, qoyun Azərbaycanın adını dəyişib – Azərbaycan Kişilər Respublikası etsinlər.
Qadının evdə oturmalı olduğunu düşünənlər bu tərbiyəni ailələrindən alıblar. Lakin bəzi qadınlar gəzməyə çıxa bilmirlər, çünki ya pulları yoxdur, ya ehtiyat edirlər, ya da ərə gedə bilmək üçün "tərbiyəli qız” kimi qalmaq istəyirlər.
Mənim ailəm də belə düşünürdü, amma mən onların münasibətini dəyişdim. Əgər ürəyində həyat eşqi varsa, bütün məhdudiyyətlərə müqavimət göstərə bilirsən.
Mən artıq 18 yaşımda deyiləm axı…”
Nutsi Odişariya, 37 yaş, proqram meneceri, Tbilisi, Gürcüstan
"Mən ailəmin üzvləri və dostlarımla cümə günləri işdən sonra görüşürəm. Elə şənbə günləri də. Biz əvvəlcə restorana gedirik, sonra isə kluba. Doğrudur biz gəzməyə hər həftə çıxmırıq, lakin həftəsonlarının əksəriyyətini belə keçiririk.

Nutsi Odişariya həftəsonlarını adətən dostları və ailəsilə keçirir
Cənubi Qafqaz: Qadınlar və gecə həyatı
Mənim balaca qızım var. Odur ki, mən özüm üçün bir azca gəzməyə çıxanda o, nənəsi ilə qalır.

"Mənim balaca qızım var. Odur ki, mən özüm üçün bir azca gəzməyə çıxanda o, nənəsi ilə qalır," Nutsi Odişariya deyir
Mən yaşlı nəslin nümayəndələrindən və ya dindar adamlardan heç bir tənqid eşitmirəm. Amma bu heç də həmişə belə olmayıb. 1990-cı illərdə bizdə heç bir gecə klubu yox idi, biz müharibə və yoxsulluq içində idik. Lakin 1990-cı illərin sonlarından caz klubları açılmağa başladı. Biz oradakı diskotekalara və ya evlərdəki qonaqlıqlara gedərdik. Ümumiyyətlə, gürcü xalqı yeməyi, rəqs etməyi və əylənməyi sevir”.
Natia Topçidze, 29, İctimai əlaqələr meneceri, Batumi, Gürcüstan
"Boş vaxtlarımı dostlarımla keçirirəm. Evdə oturmağı xoşlamıram. Biz kinoya gedirik və ya bilsək ki, haradasa tədbir var, ora gedirik. Valideynlərimin mənə qoyduqları yeganə məhdudiyyət gecəyarısınadək evə qayıtmağımdır. Bir də onlar bilmək istəyirlər ki, kimlə və hara gedirəm. Məncə bu kənardan gələn bir rəydir. Axı mən boşanmışam və uşağım var.
İstəmirəm ki, ailəmlə münaqişəm olsun, çünki mən onlarla yaşayıram. Amma düşünürəm ki, hamı gəzib əylənməlidir. Mənim anam çox müasir adamdır. Məsələn, mənim tatuajım var və onun bundan xoşu gəlir. Lakin anamın xasiyyəti başqa cürdür. O, əylənməyi sevmir, evdə qalmağı xoşlayır.
Cənubi Qafqaz: Qadınlar və gecə həyatı
Natia Topçidze deyir ki, onun ailəsilə heç bir münaqişəsi yoxdur, lıakin o, gecəyarısınadək evdə olmalıdır
Mən çox vaxt gecələr gəzməyə gedirəm. Mənim çoxlu dostlarım var və mən tez-tez ad günlərinə getməli oluram. Əgər maraqlı bir tədbir varsa, biz klublara da gedirik. Əgər ad günündəyiksə, hər şeyi – içki içməyi, rəqs etməyi və əylənməyi əndazəsində edirik. Bəzən çox maraqlı tədbirlər axşamın gec saatlarında başlanır. Bəzi tədbirlər saat 23-də başlanır və mən orada qala bilmirəm, çünki evə qayıtmalıyam. Əlbəttə, imkanım olsa, bir-iki saat da artıq qalardım”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]