İdman

Avropa ölkələri yeni çempionat yaradır

17-10-2016, 18:44
Avropanın bir neçə ölkəsi bir araya gələrək yeni çempionat yaratmağa qərar veriblər.

Məlumata əsasən, Belçika, Hollandiya, İsveç, Şotlandiya və Norveç artıq məsələ ilə bağlı işə başlayıblar.

Yeni yaradılacaq liqa UEFA-dan kənar fəaliyyət göstərəcək və bu çempionatda mübarizə aparan komandalar öz ölkələrində çıxış etməyəcək.

Artıq Danimarkanın "Kopenhagen” klubu bu məlumatı təsdiqləyib. "Anderlext”, "Seltik”, "Ayaks”, PSV, "Rusenborq”, "Malmö” və "Brügge” klublarının da çempionata qatıla biləcəyi bildirilir.(report)

Adıçəkilən komandalar yeni yaradılacaq liqada çıxış edəcəkləri təqdirdə, UEFA-nın bayrağı altında keçirilən yarışlara qatılmayacaqlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]