Foto Fakt

TARİXİ ERMƏNİ KİLSƏSİNƏ SAHİB ÇIXAN MƏSCİD İMAMI – FOTO

16-10-2016, 18:21
TARİXİ ERMƏNİ KİLSƏSİNƏ SAHİB ÇIXAN MƏSCİD İMAMI – FOTO

Türkiyənin Yozqat şəhərində imamlıq edən Metin Halıcı tarixi erməni kilsəsinin baxımını və təmizliyini edir.

"A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, 1960-cı ilə qədər Yozqatın Sarıkaya mahalında yaşayan, lakin daha sonra fərqli ölkələrə köç edən ermənilər ilin müxtəlif zamanlarında vaxtilə yaşadıqları məhəllələrinə gələrək tarixi kilsələrində ibadətlərini yerinə yetirirlər.

Həmin məhəllədəki məscidin həyətində yerləşən 2 min illik tarixi kilsə məscidin imamı Metin Halıcının səyləri nəticəsində qorunub saxlanılır.

Argentina, ABŞ və fərqli ölkələrin, həmçinin Türkiyənin müxtəlif bölgələrindən gələn ermənilər imam Halıcının təmizlədiyi kilsədə rahat şəkildə ibadətlərini edir.

Təxminən 13 ildir Terzili Məhəlləsindəki məscidin imamlığını edən Halıcı məsciddəki xidmətindən artıq qalan vaxtlarında həftənin müəyyən günlərində kilsəni təmizlədiyini və lazımi baxımlarını etdiyini söyləyib. Hətta imamın həyat yoldaşı və uşaqları da kilsənin təmizliyi üçün ona kömək edirlər.

640x360_b87928e4-fef1-41ee-b5e3-4263a8ab2982

Yozgat'ın Sarıkaya ilçesine bağlı Terzili Mahallesi'ndeki caminin imamı Metin Halıcı, lojmanının avlusunda bulunan tarihi Ermeni kilisesinin bakımını ve temizliğini yapıyor. ( Muhammed Nuri Erdoğan - Anadolu Ajansı )

20161014_2_19561210_15010269

gallery_325005_0BdE8N0YMFP6e23

kilis_7604

kilise_7540

yozgat-imam-kilise-1

haber%2F2016%2F10%2F20161014_2_19561108_15010035

20161014_2_19561210_15010262


Administratorla əlaqə

077 611-55-22

[email protected]