Yaşam

Qadınlar şirniyyatı sevir, çünki...

7-09-2016, 23:28
Kanadanın MV Bill Universitetinin professorları qadınların şirniyyat sevmələrinin səbəbini genetik faktorlarla izah edirlər. 

Mütəxəssislərin sözlərinə görə, qadınların genlərindən gələn bir hüceyrə dondurmanı, şokoladı, konfeti və digər şirniyyatları onlara daha çox sevdirir.

"Apetie” jurnalında yayımlanan nəticələrə görə, 4 yaşları olan 150 uşaqdan hansı yeməkləri daha çox sevdikləri soruşulub. Qızlar daha çox şirniyyatları sevdiklərini deyiblər. Qadınların beynində yeməklərə verilən reaksiyaya nəzarət edən dopamin hormonu qızların daha çox şirniyyatlara yönəlməsinə kömək edir. Araşdırmanı aparan professorlardan biri insanların yeyib-yemədikləri şeylər haqqında onları günahlandırmağa ehtiyac olmadığını deyib. 

Çünki insanların yemək istəkləri belə genlə əlaqəlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]