Maraqlı

2 yaşlı uşaq evdə tək qaldı, pəncərədən ütü və çaydanı atdı

7-09-2016, 00:25
Rusiyanın Kalininqrad şəhərində yanğınsöndürənlər dördüncü mərtəbədəki evlərinin pəncərəsindən ayağını sallayan balaca oğlanı xilas ediblər. Uşaq pəncərədə oturaraq yerə əşyalarını atır və gəlib-gedəni çağırırmış. 

Körpənin hər an müvazinətini itirəcəyi və yerə düşüb tələf olacağı ehtimalını nəzərə alan xilasedicilər dərhal hərəkətə keçiblər. Onlar uşağı ürkütməmək üçün evə qapıdan giriblər. Amma eyni zamanda binanın qabağında da qurğular düzəldiblər ki, yerə düşəcəyi halda körpəni xilas etsinlər. Uşaq pəncərədə əylənən zaman çaydanı və ütünü də aşağı atıb. Daha sonradan isə aydın olub ki, uşağın anası işə gedib və onu evdə təkbaşına qoyub.

Ona baş verənlərlə bağlı zəng vuraraq məlumat veriblər və dərhal evə gəlməsini istəyiblər. Qadın isə hüquq mühafizə orqanlarının əməkdaşları ilə üz-üzə gəlməmək üçün bu görüşdən imtina edib. Ananı ciddi cinayət məsuliyyətinə cəlb edəcəklər. Körpənin ondan alınacağı da ehtimallardandır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]