Avto

Qurban bayramı ilə əlaqədar rayonlara daha çox avtobus gedəcək

6-09-2016, 19:51
Qurban bayramı ilə əlaqədar rayonlara daha çox avtobus gedəcək

Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Xeberman.com xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının növbə rəisiMəhəmməd Abdullayev APA-ya bildirib ki, gücləndirilmiş iş rejimi sentyabrın 9-dan 15-dək tətbiq olunacaq.

M.Abdullayev hesab edir ki, bayram günlərində sıxlıq əsasən sentyabrın 9-dan etibarən müşahidə olunacaq və 10-11 sentyabr tarixlərinədək davam edəcək:

"Təyin olunmuş bütün reyslər üzrə 10 gün əvvəlcədən bilet satışları həm onlayn, həm kassadan davam etdirilir. Adi günlərdən fərqli olaraq, bayram günlərində əlavə 200-dək nəqliyyat vasitələrinin reyslərə buraxılması nəzərdə tutulub.

Belə ki, adi günlərdə 380-400 nəqliyyat vasitəsi ilə 9-10 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı nəqliyyat vasitəsi və 15 mindən yuxarı sərnişinin yola salınması nəzərdə tutulub”, - deyə növbə rəisi vurğulayıb.

M.Abdullayev əlavə edib ki, kənardan dəvət olunan nəqliyyat vasitələrinin fəaliyyətinə 11 nəfərdən ibarət qiymət komissiyası nəzarət edəcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]