Texnologiya

“Instagram”dan yeni funksiya

1-09-2016, 17:20
“Instagram”dan yeni funksiya

"Instagram” sosial şəbəkəsi yeni funksiyanı işə salıb. iOS bazalı smartfon sahibləri şəkil və videoları baş və şəhadət barmaqlarının yardımı ilə böyüdə biləcəklər. Android-qurğuların istifadəçiləri üçün zoom yaxın həftələrdə təqdim ediləcək. 

Xeberman.com xəbər verir ki, bu barədə "Instagram”ın rəsmi hesabında məlumat yayılıb. 

Şəkil və videolar istifadəçi ekrana toxunduğu müddət ərzində böyüdülmüş qalacaq. Bununla yanaşı, "Instagram” yüklənmiş materialın keyfiyyəti ilə bağlı məhdudiyyətlərə sahibdir, belə ki, bəzi şəkillər böyüdüldükdə keyfiyyətini itirir. 


 

Administratorla əlaqə

077 611-55-22

[email protected]