Ərdoğan “ANS olayı”nı aydınlaşdırdı:

  • 07:34, 19-iyul-2016
  • Gündəm
  • 9 956

Ərdoğan “ANS olayı”nı aydınlaşdırdı:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində dünya mediasına da səslənib.

Xeberman.com xəbər verir ki, çıxış zamanı Türkiyə prezidenti Azərbaycanda ANS telekanalı ilə bağlı baş verən proseslərə aydınlıq gətirən maraqlı cavablar verib. Ərdoğanın çıxışında belə fikirlər yer alıb: "Ey dünya mediası, sizə səslənirəm, bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm! ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin media qurumunun nümayəndəsi Ben Ladendən müsahibə aldımı? Onunla reportaj hazırladımı? İndi ABŞ-da 400 kv.m ərazidə məskunlaşan biri – bir terrorçu, terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər?"

Xatırladaq ki, bu gün Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ANS televiziyasının yayımını dayandırıb.

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS-in yayımının dayandırılması haqda yaydığı məlumatda bildirib ki, Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi ANS-in tutduğu möveyi ilə bağlı Azərbaycanın dövlət qurumlarına müraciət edərək dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş ediblər.

APA agentliyi isə özəl mənbələrinə istinadla məlumat yayıb ki, ANS-in yayımının dayandırılmasına əsas səbəb telekanalın hazırda ABŞ-da yaşayan Fətullah Güləndən müsahibə götürməsi olub.




OXŞAR XƏBƏRLƏR

Digər maraqlı xəbərlərə baxa bilərsiniz