Avto

Azərbaycanlılar daha xarici avtomobil almırlar

18-03-2016, 04:10
Azərbaycanlılar daha xarici avtomobil almırlar

2016-cı ilin yanvar fevral ayları ərzində Azərbaycana cəmi 821 avtomobil idxal olunub. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 6690 ədəd və ya 89,06% azdır. 

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı yeni hesabatında bildirilib. 

Belə ki, ölkəyə gətirilən avtomobillərin 9 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 737 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 67 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 8 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xatırladaq ki, 2015-ci ilin yanvar-fevral ayları ərzində ölkəyə xaricdən 7511 ədəd avtomobil vasitəsi gətirilib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]