Müsahibə

Hacı Şahin: “Mən iki ildir ki azadlığa müsahibə vermirəm.”

25-01-2016, 23:34

Sosial şəbəkələrdə Hacı Şahin barədə gedən bəzi söz-söhbətləri nəzərə alıb bu məsələni araşdırmağa qərar verdik. Söhbət azadlıq.org-da (03.12.2015) yayımlanan müsahibədən gedir.

Əvvəla qeyd edək ki, saytın qeyd etdiyi və müsahibə adlandırdığı əslində müsahibə deyil. Yəni Hacı Şahin o saytda olmayıb və qarşılıqlı olaraq bu söhbət baş tutmayıb. Elə isə bu dialoqu kim və necə qurub? Görəsən həqiqətən də saytda qeyd olunan suallar və cavablar hər biri saytda yazıldığı kimdir? Yoxsa bu yazılara kimsə, kiminsə əmri ilə əl gəzdirib?! Nə baş verir?

Saytda qeyd olunan və müsahibə adlandırdıqları yazını diqqətlə təhlil etsəniz həqiqət sizə də bəyan olar. Xatırladaq ki, bu söhbət telefon danışığı olub əslində. Telefonda baş tutan bu söhbəti daha sonra kimlərsə çox böyük ustalıqla dialoq formasına salıb. Hətta dialoqun sonluğu da məharətlə bitirilib.

Azadlıq: O zaman hökumətin...

HACI ŞAHİN: Bağışlayın, mən artıq danışa bilməyəcəm, münasib deyiləm.

Biz məsələni araşdırmaq üçünb bir müddət çalışdıq. İlk öncə Hacı Şahin Həsənlinin hicab, hicab aksiyaları və eləcə də mitinqlər barədə olan söhbətlərini topladıq. Hətta Nardaran hadisələrindən sonrakı çıxışlarını da. Amma Hacı Şahin Həsənlinin bütün çıxışlarında eyni mövqe nümayiş etdirdiyinin şahidi olduq. Bu haqda internetdə kifayət qədər video çarxlar var. Daha sonra Hacı Şahin Həsənlinin bu müsahibəni sayta verib-verməməsi ilə bağlı özündən maraqlandıq. Hacı Şahin Həsənli isə bunu dedi: "Mən iki ildir ki azadlıq.orga müsahibə vermirəm.”

Yazının söz-söhbətə səbəb olan hissəsinə gəlincə;

- İdarənin rəhbəri Hacı Allahşükür Paşazadə polis əməliyyatı zamanı ölənləri və saxlanılanları "terrorçu” adlandırıb. İstintaq getmədən bu cür şərh vermək tələskənlik deyilmi?

- Mənim mövqeyim İdarənin mövqeyindən fərqlənməyəcək.

 

Hacı Şahinin mövqeyini bilənlər, bu ifadənin ona aid olmadığını gərək bəsirət gözü ilə görəydilər. Amma görə bilmədilər və bəsirət dərsi keçdilər. Və bir çoxları da sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətməkdən belə çəkinmədilər.

Saytda gedən bu yazını bu şəkildə dialoq halına salıb, insanlar arasında təfriqə yaradan və Amerikanın maraqlarına qulluq edən şəxs və ya şəxslərdən uzaq olaq.

Biz məsələni bilərəkdən bu şəkildə müzakirə etdik ki, ta ki ariflər bir işarə ilə bəhrələnsin.

Ariflər üçün bir neçə nöqtə

1. "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!"

(Hucurat, 6)

Bir saytda əgər bir ruhani haqqında xəbər yayılırsa, siz onun haqqında orda-burda müzakirə açmaqdansa, Quran buyuran kimi həmin xəbəri sizə çatdıranların kimliyini yoxlayın. Heç bir sayt ideal deyil. Və ağıllı insan saytda yazılanı öz ağıl ələyindən keçirib daha sonra mühakiməyə keçməlidir, bax bu olar siyasi və ya dini bəsirət...

Hədislərdə də gəlib ki, bir neçə nəfər hətta bir mömin haqda bir söz desə, amma həmin şəxs özü inkar etsə, siz ona inanın.

2. Fikir ayrılığına dözümlü olaq. Hamı eyni fikin daşıyıcısı ola bilməz. Siz özünüzü də bir çox fikirlərdə başqaları ilə həmfikir deyilsiniz. Buna görə sizi qınayaq?

3. İllər öncə də Hacı Şahinin adından saytda yalan məlumat yayılmışdı. Amma sonra məlum oldu ki, kimlərsə o yazıya əl gəzdirib. Ayətullah Sistaninin adı və möhürü ilə yayılan xəbər, məgər bir gün sonra təkzib edilmədi? Niyə düşünmürsünüz?

 

4. Saytda gedən bu cür mübarizələr İbn Ziyadın hiylələrini xatırlatdı mənə. Beləki, möminlərin içərisində birinin fikir ayrılığı olduğunu gördükdə, bundan məharətlə istifadə edib fitnə yaradırdı.

Bu kimi sözləri çox yaza bilərik. İndi çox xülasə və qısa qeyd etdik. Bir gün bu məsələni sizə daha geniş təqdim edəcəyik. Bu mütləq baş verəcək. Kim bilir bəlkə onda ya biz, ya bunu oxuyan hər hans bir oxucu, ya da dəyərini bilmədiyiniz hacı Şahin həyatda olmayacaq. Amma bu yazının batini həqiqətini bir gün ortaya qoyacağıq.

Bu ayəni o zamanacan unutmayın.

"Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!"

(Hucurat, 6)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]