Gündəm

Cəriməsini ödəməyən piyadalar ölkədən çıxılına məhdudiyyət qoyula bilər - Video

18-01-2017, 00:56

Xəzər xəbər-in məlumatına görə, cəriməsini ödəməyən piyadalara qarşı sərt tədbirlər görüləcək.

Onların ölkədən çıxışına məhdudiyyətlərin qoyulacağı gözlənilir. Bununla yanaşı, hansısa sənədlərin alınması zamanı cərimənin olub-olmaması nəzərə alınacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, məqsəd piyadaların bu məsələdə məsuliyyətlərini artırmaqdır.

Əksər piyadalar elə düşünürlər ki, cərimələrin ödənilməsinə nəzarət edən yoxdur. Amma qanunvericilik bunun tam əksini deyir.

Hazırki qaydalara əsasən, piyadalar cərimələrinin ödənilməsini bir aydan da çox ləngidərlərsə, onda onlara qarşı müəyyən tədbirlər həyata keçirilir. Bu hətta onların əmlakına həbs qoyulması ilə də nəticələnə bilər.

Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan piyadalara qarşı cərimə məbləği 20 manatdır. Bu cərimə 3 ay ərzində ödənilmədikdə üzərinə faiz hesablanır və 32 manat təşkil edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]