Dünya

Son dəqiqə: Hərbçiləri daşıyan təyyarə partladı-YENİLƏNİR

19-12-2016, 12:00
Son dəqiqə: Hərbçiləri daşıyan təyyarə partladı-YENİLƏNİRRusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsinin Yakutiyada qəzaya uğramasını şərh ediblər.
APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib.
"Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", - deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir.
***
10:00
***
"Hadisə yerindən verilən hesabata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi", - qurumdan bildirilib.
Bütün yaralılar Tiksi qəsəbəsinin tibb məntəqəsinə çatdırılıb. (report)
***
Yakutiyada İl-18 təyyarəsinin məcburi enişində 16 nəfər ağır yaralanıb.
Bu barədə RİA Novosti agentliyi Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
***
Rusiyanın Yakutsk şəhərində göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğrayıb.
Koltsovo hava limanından Yekaterinburqa uçan İl-18 təyyarəsi qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 32 sərnişin və 7 ekipaj üzvü olub. Təyyarədə hərbçilərin olduğu bildirilir.
Hazırda xəsarət alanlar evakuasiya edilir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]