Dünya

İstanbulda HDP-nin ofisində partlayış: 2 nəfər yaralandı

18-12-2016, 18:09

İstanbulda HDP-nin ofisində partlayış: 2 nəfər yaralandıİstanbulun Bəylikdüzü rayonunda Xalqların Demokratik Partiyasının (HDP) ofisində partlayış törədilib.

Xeberman.com-un "Hürriyyət" qəzetinə istinadən xəbərinə, hələlik kimliyi bəlli olmayan şəxslər  mühafizəçiləri zərərsizləşdirərək ofisdəki əşyaları sındırmağa başlayıb. Sonradan isə yanğın törədərək  hadisə yerindən qaçıblar. Nəticədə qaz sızmasından partlayış baş verib, 2 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğını söndürüb.

Hazırda polis araşdırma aparır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]