Əsas Səhifə / Analitika

“Akula və Vilayət Qələndərlinin qırx quldur” dəstəsi firavan yaşamağa ümid edirdi

15-12-2015, 09:35
“Akula   və  Vilayət Qələndərlinin qırx quldur” dəstəsi firavan yaşamağa ümid edirdiMustafayev Akif İsmayıl oğlu özünü iş adamı kimi tanıtsa da əslində onun əsas vəzifəsi imkanlı iş adamları haqqinda MTN-dəki mütəşəkkil qruplaşmaya dosye toplayıb çatdırmaqdan ibarət olub.
“Akula”nın sxeminə əsasən MTN həmin iş adamları barədə dosyeləri aldıqdan sonra onları izləyir və həbs edirdi. “Akulaya” bu işdə şəriklik edən isə Vilayət Qələndərli adlı bir biznesmen ortağ olub . Bu zaman “Akula” MTN-dəki mütəşəkkil qruplaşmanın qarmağına düşmüş iş adamına öz xidmətlərini təklif edir və onlardan iri məbləğlərdə pulun alınıb Eldar Mahmudova çatdırılmasını, beləliklə, girovun “xilas edilməsini” həyata keçirirdi.
Lakin proses bununla da yekunlaşmırdı. “Akula” MTN-dən “xilas etdiyi” iş adamlarının biznesinə gələcəkdə bu kimi problemlərdən sığortalanmaq üçün “krışalıq” edirdi və onların biznesinə 25-30 faiz payla şərik olurdu.

Mənbə bildiri ki, Akula Akifə çirkin işlərdə yaxından köməç edən və ona şərik olan Qələndərli Vilayət hal-hazırda azadlıqdadır. Akulanın sayəsində onun qohum əqrəbələri hal-hazırda dövlət işində işləyir vaxtı ilə onları o işə Akula Akif gətirib öz çirkin əməllərini həyata keçirməkdə onlardan yaxın dəstək alırdı misal üçün Vilayətin oğlu Taleh o MTN rayon təşkilatının birində rəhbər vəzifələrinin birində işləyir. Bundan əlavə olaraq həmin mənbə bildirir ki, Vilayət Qələndərlinin bacanağı üçüncü mkrayonda baytar həkim kimi işləyirdi Akula Akifin xahişi ilə onun Bakı Şəhər Bayatarlıq idarəsinə rəhbər vəzifəsinə gətirilib.

P.S Gələn sayımızda “Akulaya” bu işdə şəriklik edən isə Vilayət Qələndərli və onun yaxın qohum əqərəbləri barəsində dəqiq məlumatlar veriləcək və onların əməllərindən zərər görən iş adamlarından reportaj hazırlayacağıq bizi izləyin .

Administratorla əlaqə

077 611-55-22

[email protected]