Əsas Səhifə / Mədəniyyət

"Mən Azərbaycanlıyam" bədii qiraət müsabiqəsi keçirilib

25-02-2014, 21:51










Sayca 4-cü olan "Mən Azərbaycanlıyam" müsabiqəsi Hicaz Production, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti Məkteb-Lisey Kompleksi və YUĞ Dövlət Teatrının dəstəyi ilə həyata keçirilib. Tədbirin aparıcısı Elməddin Məmmədov
Müsabiqə boyu iştirakçılar müxtəlif şeirlər səsləndiriblər. Şagirdlərin bacarığı YUĞ Dövlət Teatrının sənətçiləri Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ərtoğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti qiymətləndirib. Xocalı soyqırımına həsr olunmuş müsabiqənin 3 ən yaxşı qiraətçisi aşağıdaki kimi müəyyən olunub. 1-ci yer Əliyeva Günəş - M.Araz " Məndən ötdü " 2-ci yer İsayeva Röya - B.Vahabzade "Ana dilim " 3-cü yer Atakişiyeva Leylaxanım - Ə.Ziyatay " Azərbaycanım mənim " Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Eyni zamanda layihənin icraçı direktoru və ideya müəllifi, Hicaz Productionun direktoru Ayaz Məmmədov Bakı Slavyan Universiteti Məkteb-Lisey Kompleksinin direktoru Telman Cəfərov tərəfindən " Azərbaycan Tarixinin unudulmaması yolunda xidmətlərinə görə" fərmanı ilə təltif edilib . Onu da qeyd edək ki Xocalı faciəsinə həsr olunmuş "Mən Azərbaycanlıyam" müsabiqəsi silsilə xarakteri daşıyan layihənin növbəti mərhələsidir. Müsabiqənin final mərhələsi isə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək.

Hicaz Production"un icraçı direktoru Ayaz Məmmədov" Biz Xocalı soyqırımını gələcək nəsilə catdırmalıyıq . bu səbəbdən bu yöndə layihələrin keçirilməsi bir gənc kimi mənimüçün çox vacibdi "
Samir Aslan

Administratorla əlaqə

077 611-55-22

[email protected]