Əsas Səhifə / Reportaj

Ağdam MRX-nın poliklinka şöbəsində özbaşınalıq - saxta sənəd satıldı

31-12-2015, 18:31
Ağdam MRX-nın poliklinka şöbəsində özbaşınalıq - saxta sənəd satıldı

XİA.az-a maraqlı bir məlumat daxil olub. Belə ki, Agdam MRX-nın poliklinka şöbəsinin müdirinin katibəsi koru yoxlamadan ona sürücülük vəsiqəsi almaq üçün sənədi 50 manata satıb. Bu barədə məlumat verən mənbənin sözlərinə görə həmin şəxs 400-350 şəkərlə həqiqi hərbi xidmətdən saxlanılıb. Şəkər isə həmin şəxsin gözlərini tutub. Məlumat verən mənbənin sözlərinə görə vətəndaş ilk öncə Yevlax MRX-na müraciyət edib. Orada həkimlər onu tamamiylə yoxladıqdan sonra ona sağlamlıq arayışı verməkdən imtina ediblər. Ancaq vətəndaş Ağdam MRX-nın poliklinika şöbəsindən arayşı almağı bacarıb. 

XİA,az saytının araşdırmasına əsasən adıgedən xəstəxana həmin arayışı saxta verib. Verilən arayışın müqabilində isə poliklinka şöbəsinin mürdirinin katibəsi 50 manat pulk alıb. 
Yevlax MRX-nın həkimi Yeganə xanımın XİA.az-a verdiyi məlumata əsasən həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün verilməli olan sağlamlıq arayışı üçün xəstə tamamıylə yoxlanıb. Onun gözünün görmədiyi və şəkərinin olduğu üçün ona arayış verilməkdən imtina edilib.


Administratorla əlaqə

077 611-55-22

[email protected]