Əsas Səhifə / Media

Həmkarımız Türkiyənin ən böyük QHT-sinin Azərbaycan təmsilçisi təyin olundu

9-12-2014, 19:05

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, avrasiya.net saytının rəhbəri Cavid Şahverdiyev Türkiyənin ən böyük QHT-lərindən biri – Ailə və Sosial Əlaqələr Federasiyasının (ASƏF) Azərbaycan təmsilçisi təyin edilib. Bu barədə “OLAYLAR”-a məlumat verən Cavid Şahverdiyev deyib ki, federasiyanın yaradılmasında əsas məqsəd sağlam, müsəlman, milliyətçi bir gəncliyin formalaşması üçün çalışmaq və sağlam bir ailə quruluşu yaratmaqdır: “Türkiyənin bütün bölgələrini əhatə edən Federasiyanın dünyanın 20-dən artıq təmsilçiliyi yaradılıb, proses davam edir. Federasiyanın təşkilatlanma işləri başa çatdıqdan sonra Türkiyədə dövlət və hökumət rəsmilərinin iştirakıyla möhtəşəm konqres planlaşdırılır”

Administratorla əlaqə

077 611-55-22

[email protected]