Yazarlar

Alternativ Din Siyasəti

6-05-2017, 22:42
Sahil Rzalı 2015-ci ildə Müsəlman Birliyi Hərəkatının sədr müavini ilahiyyatçı Elçin Qasımovun həbsinə etiraz etdiyi üçün Sabunçu polis binasının qarşısında həbs olunmuşdur.Sutkalıq həbsdən buraxılandan sonra Sahil Rzalı öz yaşadığı ünvana, Lənkərana gedir.Nardaran hadisələrində isə iştirak etməmişdir.Onu silah-sursat ilə yenidən həbs ediblər. 6 il 15 gün yenidən azadlıqdan məhrun edilib. Həbsxanadan Press-az.com-a məqalə göndərib . Press-az.com saytı olaraq həmin məqaləni dərc etdik heç bir redaktə etmədən.

Alternativ Din Siyasəti
Hər bir insanın inancı var. Yer üzündə elə bir insan yoxdur ki, inandığı yer olmasın. Bu yolun adı dindir. Bu dinlərin batininə baxsaq görərik ki, orada "zülmə qarşı mübarizə aparmaq vacibdir" adlı qanun var. Bu qanun dinin əsası sayılır. Hər hansı bir dində bu qanun olmazsa, həmin dindən söhbət belə gedə bilməz.
İslam dininə görə zülmə məruz qalan istənilən kəs məlumdur və onun hüquqları qorunmalıdır. Eyni zamanda islam dini hər kəsin etiqadına hörmətlə yanaşmağı tövsiyə edir. Bu isə insanların birliyi deməkdir. Bu başqa dinlərdə də belədir. Əgər hər bir inanclı bu qanunlara əməl etsə, şübhəsiz uğrunda çalışdığımız birliyi əldə edə bilərik. Amma təəssüflər olsun ki, insanların birliyi pozulub. Birliyin pozulması isə böyük güclərin hesabına baş verib. Bu böyük güclər öz idarəçiliklərini sabit saxlamaq üçün və özlərinə tərəfdaş yığmaq üçün digər tərəflərə düşmən mövqeyi tuturlar. Bu səbəbdən də irqçilik, məzhəb ayrı seçkiliyi günü-gündən artır. Lakin bu böyük güclər ən gözəl vasitəni dinlər arası gərginliyi artırmaqda görürlər. Əfsuslar olsun ki, bu gərginliyi yaradıb artıra biliblər. Bu səbəbdəndə hər hansı bir dinə etiqad edən kəs, başçısını öz dininə mənsub olmağını istəyir. Buna görə də Çinin başçısı bütpərəst, Roma katolik kilsəsinin rəhbəri katolik, Provaslavların lideri provaslav, İsrailin prezidenti yəhudi, Müsəlman aləminin öndərləri də müsəlmanlardır. Bu bizim vətənimiz olan Azərbaycanda da belədir. Əhalinin əksəriyyəti müsəlman çox olduğu üçün, axır vaxtlar iqtidarda olanlar özlərinə "müsəlmanıq" deyirlər. Dildə öz növbəsində özlərinə "Müsəlmanıq" deyən bu iqtidarda olanların yüksək "imanlarını" görüb mövzu barədə yazmağı qərara aldım. Şər-böhtanla riyakarların dindarlarla, vicdan məhbusları həbsxanalara dolduran bu iqtidarda olan "müsəlmanların" müsəlmançılığından ilk öncə Allaha sığınıb, oxucularıda Allaha sığınmağa dəvət edirəm.
Bu idarəçilər həqiqətən müsəlmandırlar, ya əhalinin etiqadından sui-istifadə edib özlərinə "müsəlmanıq" deyirlər sualının cavabını əziz oxucular bu yazılanların sonunda biləcəklər.
2012-ci ildən "müsəlmanıq" deyən o, müsəlman ölkələri ilə əməkdaşlıqlarını artıran iqtidarda olanların "müsəlmançılığı" kənardan da müşahidə olunur. Belə ki, məscidlər tikilir, dini verilişlər göstərilir, məmurlar televizorlarda çıxış edərkən Allahın adını çəkirlər. Hətta "tam müstəqil, qərəzsiz" fəaliyyət göstərən Xəzər tv, Az tv, Atv kimi "dünya şöhrətli" televiziya kanallarının proqramlarında "İnşallah" sözünü də tətbiq ediblər. Müxbirlər, aparıcılar dayanmadan bu sözü işlədirlər. Bu mövzunu çox uzatmaq istəmirəm. Əsas odur ki, "müsəlandırlar".
Amma yaranan suallardan biri də budur ki, 2009-cu ildə müsəlmanların məscidini sökən, 2012-ci ilə qədər hicaba qadağa qoyan, qadağalara, zülmə, haqsızlığa etiraz edən dindarları vəhşicəsinə döyüb narkotika ilə, silahla və digər "milli maddələrlə" şərləyib həbs edən, Nardaran kəndində Namaz qılarkən dindarları güllələyib özlərini Benyamin Netanyahuya göstərən bu vəkillər necə oldu ki, birdən-birə müsəlman oldular və hətta müsəlmanların müdafiəsinə qalxdılar ?
Təsəvvür edin Avropada sağyörümlü "Pegida" üzvlərinin antimiqrant mövqeyi tənqid olunur. Hətta müsəlmanların müdafiəsinə "millət vəkilləri" də qalxıb. Çingiz Qənizadəni buna misal çəkmək olar. Öz vətənində xalqın necə olduğunu görməyən bu "millət vəkili" günün nəbzi verlişində deyir ki, Niderlandın hökümət işlərində hicaba qadağa qoyması, İslama qarşı olmalarına dair nümunədir. Mən Ç. Qənizadənin islam dininin atributlarını müdafiə etməsini alqışlayıram. Amma maraqlı olan budur ki, "millət vəkili" Azərbaycanda 2012-ci ilə qədər orta məktəblərdə hicaba qoyulan qadağaya, bu qadağaya etiraz edib həbs olunan dindarlara görə niyə etiraz etmədi ? Mən soruşmaq istəyirəm ki, ay "millət vəkili" vətənimizdə İslam dininə və müsəlmanlara olunan zülmlərə görə niyə etiraz etmədiz ? Olmaya həmin vaxtlar İslam dinini qəbul etməmişdinizmi ?
Bəlkə sizdə bəzi vəzifəli şəxslər kimi təzəlikcə İslam dininə qədəmlərinizi qoymusunuz ?
Bütün bu sualların cavabını özüm verəcəm.
Xalqın dini və milli dəyərlərini təkzib edib yavaş-yavaş aradan aparmağa çalışan iqtidarda olanlar, bu xalqın ciddi etirazı ilə qarşılaşdılar, bu ciddi etiraz deyərdim ki, hər yeri əhatə etdi. Etdiklərinin səhv olduğunu başa düşən kimi cəld tərpənərək birinci məscid tikib özlərini "müsəlman" elan etdilər və bununla özlərini əsl simalarını gizlətmək istədilər. Əgər müsəlmansınızsa bəs etiraza qalxan müsəlmanlar kimlərdir sualına "radikallar, terrorçular, İrana işləyirlər, Azərbaycanın dayanmadan artan inkişafına zərbə vurmaq istəyirlər" cavabını verib iddialarını bəzi xarici ölkələrə sübut etmək üçün Sabunçu idarəsi qarşısında, Nardaranda əsl islamçıları güllə-boran edib dörd nəfəri şəhid etdilər, 100-dən çox dindarı ağlasığmaz işgəncələr verib həbs etdilər. Bir tərəfdən dindarları şər-böhtanla həbs edib digər tərəfdən islam dininin müdafiə etmək misli görünməyən həyasızlıqdır. Bu siyasət "əməvi" siyasətidir.
Yəni alternativ din siyasəti!
Əməvilərdə əsl islamçıları aradan aparmaq üçün alternativ din siyasətinə əl atmışdılar. Bununla öz çirkin niyyətlərini və zülmlərini davam etdirmək istəyirdilər. Həqiqi islamda zülmə qarşı mübarizə aparmaq qanunu var. Amma alternativ din isə bu zülmkarların xeyrinə işləyir. Mən yəqinliklə deyirəm ki, tikilən məscidlər, dini proqramlar, İslam həmrəylik oyunları, və bu kimi saxta görüntülərin hamısı hazırkı hakimiyyətin silkələnmiş sütunlarının bərpası üçün nəzərdə tutulub. Çünki həqiqi müsəlmançılığı dəstəkləyən bir hakimiyyətin zindanlarında müsəlmanlar əsir saxlanılmır. Mən dəyərli xalqdan soruşmaq istəyirəm ki, siz bu cür müsəlmançılığı qəbul edirsinizmi ? Əlbəttə qəbul etmirsiniz!
Zalımın dini yoxdur. Zalım öz dəyərindən başqa heç bir dəyəri qəbul etmir. Öz xalqını satqın adı ilə həbs edən və onlara zülm edən bir hökümətin " müsəlmanıq" deməyə haqqı yoxdur!
Azərbaycanda mövcud müxalifyönümlü təşkilatlar "Müsəlman Birliyi Hərəkatı", "Milli Şura", "Xalq Cəbhəsi" və digər partiyalar Amerikapərəst, ermənipərəst, Avropapərəst, İranpərəst adı qoymaqla özlərini vətənpərvər kimi göstərmək istəyirlər.
Lakin iftira atdıqları insanlar əsl vətənpərvərdirlər.
Bu gün haqqı tələb edib iftira ilə həbs olunanların sırasına hər bir Azərbaycanlı əlavə oluna bilər.
Bunun üçündə xalq zülmə qarşı birgə addım atmalıdır.
Yoxsa qurbanların sayı çoxalacaq....
Ardı Var....

Administratorla əlaqə

077 611-55-22

[email protected]