Yazarlar

Hacı Tale şəxsiyyətinin fədailiyi

25-04-2017, 03:00

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü
Nahid Qəhrəmanlı

Ölüm qarşısında göstərilən şücaət insanı həmişə özünə valeh edir. Yaxın tarixdə baş verən hadisələr göstərdi ki, ölümü sevən və özünü ölümə sevdirən şəxsiyyətlər hələ də var. Və bu bariz nümunəyə misal Hacı Taleh şəxsiyyətidir.
Hacı Taleh prinsip təcəssümü ilə cəmiyyət qarşısında böyük liderlik qüvvəsinə malik olan bir şəxsiyyətdir. Bu cür şəxsiyyətə malik olmaq ancaq günah işlətməyən insanlarda olur.
Hacı Taleh bir gənc olmağı ilə bərabər təqvası, şücaəti və qorxmazlığı ilə insanın ruhuna cəsarət ilhamı verir. Hacının necə böyük bir ruha sahib olmasını Nardaranda baş verən o qanlı hadisədəki şahidlərin birinin dilindən eşitmişəm. Onu da deyim ki, bu şahid əməliyyat keçirən polislərdən biridir. Həmin vaxtlar bizə çox hörmət qoyan bu polisin adını çəkib narahatçılıq yaratmaq istəmirəm. Səhv etmirəmsə bu haqsız olaylardan sonra həmin şəxs polis vəzifəsindən istefa etdi. O deyirdi: “Biz otağa daxil olanda o atışmadan, o qatma-qarışıq səs-küydən sonra bir anlıq eıə bil həmin otağa bir ölüm sükutu çökdü. Biz qışqıraraq hamının yerə uzanmasını əmr edirdik. Hamı həyəcanlı olduğu halda bir gənc heç təmkinini pozmurdu. Bu sakit duran silahsız adamın qorxunc əzəməti səs-küyü yatırtdı. Onunla orada olanlardan bir neçəsi ayağına sarılıb ayağını dartırdı ki, Hacı sən də uzan, dediklərini elə, yoxsa güllələyəcəklər. Heç nədən qorxmayan bu gənc elə bil ölməyəcəyinə əmindir, o yalnız amiranə, sakit baxışı ilə onu öldürmək istəyən bu amansız adamlarda özünə qarşı hörmət oyadırdı. Bu gəncin məğrur duruşu onun gözəlliyini qat-qat artırırdı. Baş verən bu qorxunc olay onu heç sarsıtmamışdı. Sanki ona tərəf silahlar tuşlanmamışdı. Otaqdakıların ona müraciətindən bildim ki, bu Hacı Talehdior. Onun haqqında eşitdiklərimin həqiqətini o hadisədə gördüm. Çox şəxsiyyətlər haqqında eşitmişəm, hətta bəzilərinin yalandan şişirdilərək özünün olmadığı kimi danışıblar. Elə düşünmürdüm ki, Hacı Talehi də bu cür yalandan qəhrəman kimi göstərirlər. Amma bu şəxsiyyətin necə vüqarlı, qorxmaz, ölümün gözünə dik baxmağını, halnın heç dəyişmədiyini görəndə başa düşdüm ki, onun haqqında deyilənlər həqiqət imiş”.
Bunları etiraf edən o adam deyirdi ki, “Hacı Talehi susdurmaq qeyri-mümkündür. O elə bir şəxsiyyətdir ki, əsrdə bir belələri yetişir. Biz onu öldürə də bilərdik, amma göstəriş verilmişdi ki, onu sağ ələ keçirək. Əgər öldürsəniz, onun qanı başımıza bəla olar. Onun ölüşü dirisindən çox təhlükəlidir”.
Bu sözlər düşmən mövqeyində dayanmış “dostlarımızın” etirafıdır. Hacı Taleh şəxsiyyətinin fədailiyi, nəinki dostlarımızın, hətta düşmənlərimizi də onu sevməyə vadar edib. Çünki Hacı Taleh İmam Hüseyn (ə) məktəbinin həqiqətini dərk etmiş və bu məktəbin məzunlarının şəhadət ruhiyyəsini öz ruhuna hopdurmuş, böyük ruha malik bir şəxsiyyətdir. Belə bir ruha malik olan şəxsiyyətlər hər kəs tərəfindən sevilir və hər bir zaman seviləcək.
Bu yaxınlarda Leyla xanım Yunusun bir çıxışına qulaq asdım. O deyirdi ki, ... Vaxt gələcək Hacı Talehin adını körpə uşaqlar da əzbər biləcək”. Bəli bu həqiqətdir. Bu artıq baş verib. Artıq bütün ailələrdə bu dahi şəxsiyyətin adı bir xalq qəhrəmanı kimi zikr olunur. Və inanıram ki, xalqımızın verdiyi bu qiyməti Hacı Taleh şəxsiyyətinin fədailiyi dəyərləndirəcəkdir.

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin üzvü
Nahid Qəhrəmanlı

Administratorla əlaqə

077 611-55-22

[email protected]