Yazarlar

AZƏR RAMIZOĞLU :SIYASI MƏHBUS AILƏLƏRINƏ YARDIM FONDUNU SİYASİLƏR NİYƏ DƏSTƏKLƏMƏDİLƏR???(!!!)

2-04-2017, 01:16
AZƏR RAMIZOĞLU :SIYASI MƏHBUS AILƏLƏRINƏ YARDIM FONDUNU SİYASİLƏR NİYƏ DƏSTƏKLƏMƏDİLƏR???(!!!)Rejımın ölkədə vətəndaş cəmiyyətinin yaranmasının qarşısını ala bilməsinin səbəblərini araşdırdıqda görə bilərik ki, ən əsas səbəblərdən biri, ictimai-siyasi həyatda tənqidə dözumsuzlük virusu yoluxdura və xəstəliyi patologiyaya çevirə bilib.

Rejımlə birlikdə müxalifətin də əksəriyyəti tənqidə dözümsüzdür və bu səbəbdən də islahatlara yararsız hala düşmüşdür.

Əgər rejim özünə, tənqidə layiq olmayan məsumluq statusunu qaba güc və dövlətin resursları vasıtəsi ilə qazanmaga çalışırsa, bu imkanlardan məhrum müxalifətin əksəriyyəti ətrafındakı siyasi savadsız adamların qaragürühçulugu ilə, onların heyvani instiktlərındən, şovinizm, vətənşüvənlik, tənqıdçilərə qarayaxmalar vasıtəsi ilə nail olmaga çalışır.





Beləliklə, konstruktiv təngidə dözümsüzlük davam etdikcə, müxalıfət ıslahatlara qabil olmayacaq, xalqın etimadını qazanan vahid və güclü qüvvəyə cevrilə bilməyəcək. Məhz elə bu hal, belə nadürüst və kəmfürsət rejimin ölkədə 25 ildir hakimiyyətdə qalmagını təmin etmiş, vətəndaş cəmiyyətinin yaranmasının qarşısını almışdır.

Elə bu günlərdə ən aktual və müzakirə mövzusu olan siyası məhbus ailələrınə yardım kompaniyasına əksər müxalifət liderlərinin nəinki yardım göstərməməsi, hətta təbliğata qoşulmaması və öz əllərındə olan medıa vasitələri ilə dəstək verib, münasibət bildirməməsi də, bu anlamda, kiçik bir misal kimi çəkilə bilər.

Əgər belə biğanəlik siyasi qısqanclıqdan, təkəbbürdən, xəbislikdən , “bəylər rəiyyətlə aş yeməyə oturmurlar ki, bığları yağa batar” zehniyyətindən irəli gəlirsə, onların da situasiyanı qavrama qabiliyyəti nadürüst rejimin başçıları ilə eynidır. Çünki, bütün bunlar belə bir məsələyə münasibətdə tam yersiz görsənir, hətta ğülüncdür. Bu yardımı təşkil edən insanlar nə president olmaq, nə deputat mandatına sahiblənmək, , nə də hər hansı bir post tutmaq arzusunda deyıllər və bu, heç mövcud qanunvericıliklə də mümkün deyıl. Onlar artıq xarici ölkə vətəndaşlarıdır və bu planda sizin rəqibiniz deyıllər.

Lakın mən onları bu qədər düşük və savadsız da hesab etmirəm ki, bunun əsas səbəb olduğunu düşünəm. Bəlkə də ətraflarına siyasi məhbus ailələrınə yardım üçün ıanə edın dedıkdə, cavabında: “Elə sizlər, hərəniz avtomobillərinizin və ya mənzillərinizin birini satsaz, bu, tam 10 ilə kıfayət edər, bizim nəyimiz var ki” – sözlərini eşitməkdən çəkinir, ehtiyat edirlər . İkıncisi də, rejimə qarşı mubarizə aparan siyasi məhbuslar qələbə çalsa idi sizlər, prezident, deputat, icra başçısı olacağdınız, biz yox. İndi zəhmət çəkin, bir az varınızdan onların ailələrinə yardım edin, qoymayın ki, iş xaricilərin bizim uğrumuzda canlarını fəda edənlərin ailələrini saxlayıb bir xalq kimi rüsvayı-cahan olaq deyə biləcəklərindən belə müraciəti etmirlər. Lakın bu sözlər hələ üzlərinə deyilməyibsə də, artıq beyinlərdə dolaşır ki, nəyə görə bizi elə bir kütləyə çevirdiniz ki, xarici vətəndaşlara müraciət olunacaq sözünü eşidən kimi hamımız sevincək razılaşdıq və rahatdan nəfəs aldıq ki, şükür bu vəzifəmizi də əvəzimızə xaricilər edəcək????

Azər Ramizoğlu

Administratorla əlaqə

077 611-55-22

[email protected]