Yazarlar

AZƏR RAMIZOĞLU:150-DƏN ÇOX HAZIRDA SIYASI MƏHBUS VARDIR

26-02-2017, 00:35
AZƏR RAMIZOĞLU:150-DƏN ÇOX HAZIRDA SIYASI MƏHBUS VARDIRBu gün Azərbaycan Respublikası insan haqları sahəsində vəziyyətlə bağlı beynəlxalq təşkilatların hesabatında dünya üzrə sonuncu yerlərdən birini tutur. Ölkədə avtoritar rejim hökm sürür və Azərbaycan Respublikası Avropa qitəsində yerləşməsinə baxmayaraq davamlı olaraq qeyri-azad ölkələr sırasında yer alıb.

Respublika üsul-idarəçiliyi müqabilində ölkədə hakimiyyət vərəsəlik yolu ilə ötürülüb. Ölkədə bütün idarəetmə orqanlarında oturuşmuş korrupsiya mövcüddür, seçkilər bütün pillələr üzrə (prezident, parlament və bələdiyyə) saxtalaşdırılır, ifadə azadlığına ciddi məhdudiyyətlər var, əhalinin dövlət hakimiyyət orqanlarının formalaşması ilə bağlı iradə ifadəsi mövcüd deyil, həbsxanalarda 150-dən çox hazırda siyasi məhbus vardır. Bütün bunların müqabilində Əliyevlər rejimi demokratik müxalifətin repressiyası ilə bağlı sistemli şəkildə siyasət aparır. Bütün bunlar qeyri-demokratik rejimlə mübarizə aparmağın yalnız zorakı yollarla mümkünlüyünü ortaya qoymuş və bununla bağlı olaraq radikal qüvvələrin siyasi arenaya gəlməsinə münbit şərait yaranmışdır.
Azərbaycanın qərar tutduğu coğrafi region, xüsusən onun İranla həmsərhəd olması Əliyevlər rejiminə anti-demokratik siyasətlərini aparmaq üçün əlavə faktorlar vermişdir. Rejim uydurma İran təhlükəsi və siyasi İslamın nüfuzunun artmasından dolayı güya ölkədə dünyavi dövlətin mövcudluğuna təhlükənin olması barədə dünya ictimaiyyətini və Qərbin bir sıra siyasi dairələrini inandıra bilmişdir.
Eyni zamanda ölkədə demokratik ab-havanın bütövlüklə məhv edilməsinə nail olmaq üçün rejim, həmçinin Avropa Şurasında, xüsusən AŞPA-da, ABŞ Konqresində və BMT-də fəaliyyət göstərən bir cox qərb siyasətçilərini müxtəlif yollarla ələ almağı bacarmışdır. Özlərini demokratik siyasətçilər kimi qələmə verən bir cox qərbli işbazlar Əliyev rejimi tərəfindən rüşvət və başqa müxtəlif yollarla ələ alınmış, onlar bu rejimin korrupsiyasina şərik olmaqla rejimin İslam təhlükəsi barədə yaydığı uydurmaları dəstəkləyərək, ölkədə hüquqi nihilizm və polis özbaşınalığının vüsət almasına şərait yaratmışlar.
Bunun nəticəsidir ki, Əliyevlər rejimi özünün anti-demokratik siyasətinə, ölkədə hökm sürən korrupsiyaya, jurnalistlərin, insan haqları müdafiəçilərin, iş adamların bəzən onların öldürülməsilə nəticələnən qanunsuz həbslərinə, onlara işgəncələr verilməsinə bir çox demokratik dövlətlər tərəfindən dözümlü münasibətə nail olmuşdur.
Rejim eyni zamanda bu növ Qərb siyasətçilərinin dəstəyi ilə ölkədə demokratik müxalifətin məhv olunmasına nail olmuş və bununla da siyasi arenada inanclı müxalif elektoratın əsas real müxalifət qüvvəsinə çevrilməyini təmin etmişdir.
Müxalif inanclı elektorat əsasən 2 qrupdan ibarətdir. Onlardan birincisi əvvəldən siyasi islam mövqelərindən çıxış edənlərdir. Digər qrup isə ölkədə qərbyönümlü demokratik müxalifət tam yararsız vəziyyətə salındıqdan sonra, onların sıralarından ayrılan və inanclı müxalifətçilərə qoşulan insanlardan ibarətdir.
İnanclı müxalifət insan haqları və azadlıqları uğrunda mübarizədə Qərb dairələrinə arxayın olmadığına görə rejim onları zəiflədilib sıradan çıxarda bilməmişdir. Bunun müqabilində isə inanclı müxalifət getdikcə daha çox vətəndaşın rəğbətini qazanmağa müvəffəq olmuşdur. Bu gün ölkə həbsxanalarında məhbus olan 160 siyasi məhbusun 105-nin inanclı olması faktı da deyilənləri təsdiq edır.
Süni olaraq rejim tərəfindən yetişdirilmiş Azərbaycan üçün qeyri-ənənəvi radikal vahhabı kəsimi ilə isə rejim öz çirkin oyununu oynamaqdadır. Bu barədə ölkə mətbuatında iki il bundan əvvəl ləğv edilmiş ölkənin təhlükəsizlik orqanı hesab edilən Milli Təhlükəsizlik Nazirliyinin və ona rəhbərlik etmiş nazirin birbaşa İŞİD və An Nusra kımı terror teşkılatlarıla əlaqələri barədə məlumatlar yayılmışdır. Ölkədə ənənəvi dini cərəyanlara qarşı süni şəkildə yaradılmış radikal vəhhabilərin yetişdirilməsi və onların rejim tərəfindən maliyyələşdirilməsi onların nəinki Azerbaycan, hətta bütün sivil dünya üçün ciddi təhlükəyə cevrildiyini deməyə tam esas verir.
Beləliklə, Əliyevlər rejiminin bəzi natəmiz qərb siyasətçilərin dəstəyi ilə Azərbaycanda yaratdığı vəziyyət çox təhlükəli həddə çatmışdır. Bu gün ən ümdə vəzifələrdən biri inanclı insanların radikallaşmasının qarşısının alınması və onların terror təşkilatlarına qoşulmasına təhrik edən siyasətin durdurulması olmalıdır. İnanclı müxalifət və narazı kəsimin radikallaşıb, vahhabı terror təşkilatlarına qoşulmasının, onların düşünülməmiş addımlar atmasının qarşısını almaq üçün ilk növbədə Tale Bağırzadə, Mövsum Səmədov, Abgül Suleymanov, Hacı Zülfiqar və digər vicdan məhbusu həyatı yaşayan inanclı müxalifət liderlərinin, elecə də bütün siyasi məhbusların dərhal azad olunmasına nail olmaq uğurunda hamılıqla hərəkətə keçmək vacibdir.

Azər Ramizoğlu

QDEVAMM-ın təsisçisi

Administratorla əlaqə

077 611-55-22

[email protected]