Yazarlar

Oktay Güləliyev Əhsən Nuruzadə, Rövşən Məmmədli yoxa çıxmasından yazdı.

25-01-2017, 01:07
Oktay Güləliyev Əhsən Nuruzadə, Rövşən Məmmədli yoxa çıxmasından yazdı.Xeberman.com-un verdiyi məlumata görə, tanımış hüquq müdafiyəçisi Oktay Güləliyev Əhsən Nuruzadə, Rövşən Məmmədli yoxa çıxmasından yazdı.
Az öncə aldığımız məlumata görə Müsəlman Birliyi Hərəkatının üzvü Əhsən Nuruzadə bu gün günortadan sonra yoxa çıxıb. Daha doğrusu ogurlanıb. Təsdiq olunmamış qeyri- rəsmi məlumata görə o həbs olunub. Ölkədə növbəti adam ogurluğu, qanunsuzluq, cinayət baş verib. Hazırda Əhsən bəyin ailəsi, dostları ondan xəbər tuta bilmir. Ərazi üzrə Nərimanov rayon 18- ci polis bölməsi isə hadisədən xəbərsiz olduğunu bildirir. Bir neçə gün öncə isə başqa bir fəal- Rövşən Məmmədli eyni şəkildə həbs olunub.
Sabah 25 yanvar, saat 10- da Tale Bağırzadə, Fuad Qəhrəmanlı və onlarla birgə təqsirləndirilən digər şəxslərə hökm oxunacağı gözlənilir. Əhsən Nuruzadə onların məhkəməsində davamlı iştirak edən və onlara dəstək olan imanlı, fəal gənclərimizdəndir. Heç şübhəsiz onun həbsi sabahkı məhkəməyə gələnlərdə xof yaratmaq, izdihamı və fəallığı azaltmağa xidmət edir. Bu hakimiyyət hələ də anlamır ki, həbsə və ölümə meydan oxuyan insanları həbslə qorxutmaq mümkün deyil.
Gəlin sabahkı məhkəmə prosesində iştirak edək. Əhsən bəyin də əvəzindən Tale bəyə, Fuad bəyə və digər qardaşlarımıza azadlıq tələb edək!

Administratorla əlaqə

077 611-55-22

[email protected]