Yaşam

Rövşən Pənahov insan bədbəxtliyi üzərində xoşbəxtlik qurur?

11-12-2015, 12:42
Rövşən Pənahov insan bədbəxtliyi üzərində xoşbəxtlik qurur?Şirvan şəhər Mərkəzi Xəstəxanasının uşaq həkimi qanunlara laqeyddir Hər dəfə səhiyyəmiz barədə söhbət düşəndə ilk olaraq xatirimizdə laqeyd və biganəliyə düçar olmuş Şirvan sakinləri canlanır. Məhz bu sahədə uğursuzluğa “məhkum” edilmiş çoxsaylı şəhər sakinləri, dövlətin səhiyyə sahəsinə ayırdığı milyonlardan zərrə qədər də olsun yararlanmayıb. Hər birimizə məlumdur ki, əhalinin sağlamlığının etibarlı mühafizəsini təmin etmək, müasir dövrün aktual məsələlərindən biridir. Hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun keyfiyyətli tibbi yardımla təmin olunması, dövlət qayğısının bariz məhsuludur. Lakin söhbətin insan sağlamlığının qorunması sahəsində vətəndaş hüquqlarına, dövlətçilik təminatına xor baxaraq “maddiləşən” Şirvan səhiyyəsindən və eləcə də onun “əli qabarlı halal” həkimlərindən getdiyini nəzərə alsaq, nəzərdə tutulan diqqət və qayğının adıçəkilən Şirvanda məhz “nələrdən” ibarət olduğunu dərhal anlaya bilərik. Şirvan şəhər səhyyəsində, öz sözünü deyən, bu sahədə “müstəsna” rola malik olan Pənahovlar bütövlükdə şəhər səhiyyəsini öz əllərinə keçirərək bu sahədə kəskin inhisarçı mövqeyi yaradıblar. Mərkəzi Xəstəxanada uşaq həkimi işləyən anlı şəxs kimi tanınan Rövşən Pənahov və onun Şirvan şəhər Doğum Evində ginekoloq vəzifəsində işləyən yaxın qohumu şəhər sakinlərinin sağlamlıqlarına sağalmaz yaralar vurur. Məhz bir vaxtlar media gündəmindən düşməyən Rövşən Pənahov pediatr adı altında müxtəlif hadisələrdə iştirak edərək şəhərdə və eləcə də ətraf ərazilərdə geniş nüfuz qazanıb. Uşaq həkimi qismində çalışan Rövşən Pənahov “müəyyən” yollarla əldə etdiyi milyonları faiz şəklində şəhər əhalisinə təklif edir. Onun ölkədəki çoxsaylı biznes sahələri, “nələrlə” məşğul olduğunu qabarıq şəkildə büruzə verir. Maraqlıdır, görəsən adi pediatrın əmək haqqı nə qədərdir ki, bu boyda biznes yarada bilsin? Məhz bir çox məclislərdə müxtəlif fikirlər səsləndirən Rövşən doktor, hətta öz uşağının xaricdə, bahalı universitetdə təhsil almasını təmin edir. Əldə olunan məlumatlara görə Türkiyədə, Bakıda neçə-neçə dəbdəbəli villalara sahib olan Rövşən Pənahov aldığı 280 manatlıq pediatr əmək haqqı ilə “böyük xariqələr yaradır”. İbrət götürüləsi haldır, elə deyilmi? Hələ mən Şirvan və yaxın ərazilərdə fəaliyyət göstərən bankları demirəm. Hamısı Rövşən Pənahovun vasitəsilə “hərəkət edir”! Bu gün hər bir insanın normal həyat sürməsi və fəaliyyət göstərməsi üçün başlıca amil olan sağlamlıq – Şirvan şəhər Doğum Evində ginekoloq vəzifəsində çalışan Rövşən Pənahovun yaxın qohumu tərəfindən asanlıqla məhv edilir. Belə ki, tərifi “yerə-göyə” sığmayan məhşur USM həkimi Cahid Əliyev, USM-aparatında hamilə qadınlarda dölün cinsini təyin edərək “estafeti” yaxın ailə dostuna ötürür. Məhz Cahid Əliyevin “səyi” nəticəsində gün ərzində onlarla abort edən bu doktor dölün cinsi məlum olduqdan sonra abort etməyin qadağan olmasına məhəl qoymayaraq bu sahədə “mühüm irəliləyişlər” əldə edir. Baxmayaraq ki, ölkədə artıq abortla bağlı sərtləşdirilmiş qadağalara nəzərdə tutulub, özü üçün “kəsim” əməliyyatları edərək hamiləliyin süni yolla qarşısının alan bu xanım abortun günah olduğunu və bunu edənə Allah qarşısında bəraətin olmamasını kəsinliklə unudur. İstənilən anda vətəndaşların sağlamlıqları üzərində öz ailə bizneslərini quraraq bu yolda özlərinə uyğun “qayda-qanunlar ilə gedən” Rövşən Pənahov və yaxın qohumu dövlətin bütün vətəndaşlara verdiyi Konstitusiya hüquqlarını adlayaraq özlərinə Şirvanda bənzəyan şərait yaradırlar. Verdikləri faizlərlə, satdıqları “dərd- sərlərlə” gündən-günə məzlumlaşan şəhər sakinlərinin sağlamlıqlarının qorunmasına yönələn dövlət qayğısının üzərindən xətt çəkirlər. P.S. Biz hələ Rövşən həkimin oğlundan danışmırıq.

Bir qrup Şirvan sakini

Administratorla əlaqə

077 611-55-22

[email protected]