Yaşam

Pomidorun inanılmaz faydaları

1-09-2016, 01:44
Pomidorun inanılmaz faydaları
Pomidor elə bir tərəvəzdir ki, onu hər fəsildə yemək olar. Salatlarda, yeməklərdə, xuruşlarda və müxtəlif yeməklərdə onlardan çox istifadə edilir. Pomidor xərçəng xəstəliyi ilə mübarizə aparar. Sizi beyin insultundan qoruyar. Bədəninizin kökəlməyinə mane olar.

1. Xərçənd xəstəliyi ilə mübarizə aparar.

Pomidorun tərkibində likopin olur. Pomidorun tərkibində olan qırmızı rəngli dənələr anti-oksidantlardır. Onlar hər cür xərçəng xəstəliyi ilə mübarizə apararlar. Aparılan tədqiqatlar göstərir ki, o insanlar ki, həftədə iki dəfə pomidor sousundan istifadə edirlər, onlarda xərçəng xəstəliyi riski 36% azalar. 2013-cü ildə aparılan tədqiqatlar nəticəsində bəlli olub ki, likopin xərçənglə mübarizə aparar.
 
2. Pomidor beyin insultunun qarşısını alar.

Pomidor beyin insultu riskini azaldar. Çünki likopin yağların oksidləşməsini azaldar. Belə ki, oksidləşmə nəticəsində qan damarlarında tıxanmalar olur və bu da beyin insultu riskini artırır. Əgər qan təzyiqiniz yüksəkdirsə, pomidoru çox yeyin.
 
3. Pomidor yorğunluğunuzu aradan aparar.

Pomidorun tərkibində çoxlu vitamin vardır, o cümlədən: E, B6, B3, C, A, K. C vitamini yorğunluqla mübarizə aparar. İmmun sistemini gücləndirər. Bu tərəvəz həm də qocalığı gecikdirər. Əgər cavan qalmaq istəyirsinizsə, pomidor yeyin.
 
4. Arıqlamağa kömək edər.

Pomidorun tərkibində 93% su olduğundan, susuzluğu aradan aparar və bədənə az kalori verər. 100 qr. pomidorda 17 kilokalori vardır. Ona görə də arıqlamaq istəyənlər bu tərəvəzi rahat yeyə bilərlər. Bu tərəvəz həm də yeməklərin rahat həzm olmasına yardım edər.
 
5. Cavan və gözəl dəriyə səbəb olar.

Pomidorun tərkibində likopin olduğu üçün hüceyrələrin qocalmasının qarşısını alar. Mütəxəssislərin nəzərinə görə pomidorun qabığı dərini təmizləyə bilər. Əgər təbii maskalardan istifadə edirsinizsə, dərinizin təmiz olması üçün ondan istifadə edə bilərsiniz. Pomidorun bir neçə dilimini üzünüzə qoyun və 15 dəqiqədən sonra yuyun.
 
Mədəsi həssas olan insanlar pomidordan az istifadə etsələr daha yaxşı olar.

deyerler.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]