Yaşam

“Check-up” müayinədən keçmə “ASAN”laşdı

31-08-2016, 00:37
“Check-up” müayinədən keçmə “ASAN”laşdı

Cəmi 6 dəqiqəyə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək.

Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ASAN xidmət” mərkəzlərində "check-up” müayinələrə başlanılacaq.

Respublika Müalicəvi Diaqnostika Mərkəzi–dən Oxu.Az–a verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı "ASAN xidmət” mərkəzində keçiriləcək.

Sonra müayinələr digər "ASAN xidmət” mərkəzlərini də əhatə edəcək.

Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək.

"Check-up” müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]