Yaşam

Yeniyetməlik dövründə övladlarnızı anlamağa çalışın!..

29-08-2016, 19:28
Yeniyetməlik dövrüdə övladlarınızı anlamağa calışın
eniyetməlik dövrü insan həyatının mənalı günlərindən hesab olunur. Məhz, bu dövrdə sevgi, sağlam ailə, təhsil, karyera və s. mövzular ətrafında düşüncələr formalaşır. Hər iki cins üçün (11-21 yaş) çətin olan bu dövr, erkən duyğularda qeyri-sabitlik yarada bilər. Buda mühitdən aslıdır.
Həyata yeni addımlarını atan bəzi yeniyetmələr ətrafdakılarla münasibətdə problemlər yaşayır. Bu baxımdan valideynlər yetkinlik dövrünü nəzərə alınmalı, övladlarına uşaq çağlarından düzgün tərbiyə verməlidir.
İnsanın ən həssas dövrünü yaşadığı bu dönəmdə əksər davranışlar standart olur. Bura böyümə, cinsi, ictimai və romantik mənada formalaşma aiddir.
Yetkinlik dövründə olanlar yaşadığı proseslər səbəbi ilə özünü fərqli hiss edər və çox vaxt özünü təyin etməkdə çətinlik çəkər. Bu dövrdə duyğular dolu və rəngarəng olur. Bəziləri xəyallarla yaşayır və həqiqətləri qəbul etməkdən uzaqlaşar. Bu xəyallar, real olmadıqda gələcək arzulara mənfi təsir göstərir.
Ona görə bəzilərində otağa qapanma və depressiya halları baş verir. Özünü yorğun hiss edənlərdə təhsilə və işə qarşı biganəlik yaranır. Ona görə də valideynlər diqqətli olmalı, evdə problem yaratmamalıdırlar. Əvvəlcə yeniyetmələrin problemi öyrənməli və ona uyğun tədbirlər görülməlidir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]